Azərbaycan AİB Rəhbərlər Şurasının 58-ci İllik Toplantısında təmsil olunub

20
bbbbbb 0
Spread the love

AMİDTV.AZ xəbər verir ki,4-7 may tarixlərində İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 58-ci İllik Toplantısı keçirilib.

“Təcrübə Paylaşımı və Sabahın Qurulması” devizi altında keçirilən İllik toplantıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İllik toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti bankın Direktorlar Şurasında ölkəmizi təmsil edən icraçı direktor xanım Reyçl Tompson, AİB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov və OPEC Beynəlxalq İnkişaf Fondunun İctimai Sektor və Strategiya üzrə vitse-prezidenti Haimaa Al-Sheiby ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə mövcud əməkdaşlıq, habelə ölkənin prioritet müəyyən etdiyi layihələrin, xüsusilə nəqliyyat, su və kanalizasiya sahələrində layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib.

1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. Azərbaycan 1999-cu ildə banka üzv olub. AİB-in 48-ci illik toplantısı 2015-ci ildə Bakı şəhərində keçirilib.

AMIDTV.AZ
 

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN