Ədliyyə naziri Fərid Əhmədov “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndə heyəti ilə görüşüb.

20
bbbbbb 0
Spread the love

Ədliyyə naziri Fərid Əhmədov “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan ədliyyə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Fərid Əhmədov ölkələr arasında hüquq tətbiqetmə sahəsində çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün keçirilən konfransın rolunu yüksək qiymətləndirdiyini qeyd edib. 

Nazir, həmçinin ədliyyə sahəsində elmi istiqamətdə, eləcə də peşəkar kadrların hazırlanması üzrə əməkdaşlığın vacibliyini və bu sahədə ədliyyə akademiyalarının rolunun önəmli olduğunu vurğulayıb. Fərid Əhmədov, ölkəmizdə Ədliyyə Akademiyasının fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində işlər görüldüyünü, innovativ layihələrin icrasının nəzərdə tutulduğunu bildirib.

Görüşdə iştirak edən nümayəndə heyətinin üzvləri konfransın yüksək səviyyədə təşkil edildiyini və bu konfransın qardaş türk dövlətləri arasında sahə üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi üçün vacib platforma olduğunu qeyd edib. Onlar hüquq tətbiqetmə sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin türk dövlətləri üçün gələcəkdə daha faydalı və səmərəli olacağını vurğulayıb. 

Görüşdən sonra nümayəndə heyəti nazirlikdə ədliyyə tarixinə həsr olunan muzeylə tanış olublar.

AMİDTV.AZ

İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri