Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

13
bbbbbb 0
Spread the love

Sərhədçi əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib

Ramazan bayramı ərəfəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində əzmlə xidmət aparmaqdan qürur duyması vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına vəzifələrini şərəflə yerinə yetirdiklərinə və Vətənə layiqincə xidmət etdiklərinə görə təşəkkür edilib. 

Xidmət etdikləri hərbi hissə ilə vidalaşaraq mülki həyata yollanan əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilib.

Sonda xatirə fotoşəkilləri çəkilib, xidmətdə fərqlənmiş hərbi qulluqçular təltif edilib və şəxsi heyət təntənəli şəkildə yola salınıb.

AMİDTV.AZ

f
tw

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Allahverən Pərvizoğlunun qazandığı bu Fəxri Diplom həm onun indiyədək keçdiyi şərəfli yolun qiymətləndirilməsidir

22 İyul – Azərbaycan Milli Mətbuat Günü

UĞUR-777″ estetik mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama