Kəndlərimizə girmək istəyən ermənilərə qarşı əməliyyat – Biri tutuldu, digəri isə…

2
0
Spread the love

Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində fəaliyyət göstərən “Döyüş qardaşlığı” qanunsuz birləşməsinin üzvü Avetis Avetisyan həbs edilib. 

AMİDTV.AZ  xəbər verir ki, bu barədə Globalinfo.az məlumat yayıb.

Həmçinin birləşmənin digər üzvü Hrant Der-Abrahamyanla da əlaqənin kəsildiyi, onun da saxlanıldığı ehtimal olunur.

A.Avetisyanın martın 24-ü səhər saatlarında əməliyyatla həbs edildiyi açıqlanıb. Birləşmə Qazaxın işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsinə mane olmağa çalışdıqlarını, lakin Emrənistan hökumətinin onlara qarşı çıxdığını qeyd edib.

Məlumata görə, “Döyüş qardaşlığı” kəndlərin təhvil verilməməsi üçün insanları müharibəyə səsləyir, Tavuş-Qazax sərhədində demarkasiya prosesinin icrası zamanı Azərbaycan ordusuna qarşı təxribat törətməyi planlaşdırır. Onlar bu gün ərzində Qazaxın Yuxarı Əskipara və Bağanis-Ayrım kəndlərinə daxil olmağa hazırlaşdıqlarını açıqlayıblar. İrəvan hökuməti isə artıq bir müddətdir birləşmənin təxribat planlarından və ictimai çağırışlarından xəbərdardır. Bu səbəblə təxribata mane olmaq və kəndlərin problemsiz təhvil verilməsi üçün birləşməni zərərsizləşdirməyə çalışır.

Artıq “Döyüş qardaşlığı”nın bir neçə üzvünə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən xəbərdarlıq edilib. Həbs olunan A.Avetisyan və Hrant Der-Abrahamyan isə birləşmənin əsas üzvlərindən olublar.

Qeyd edək ki, bundan öncə “Döyüş qardaşlığı” martın 17-də Qazaxın Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girəcəyini açıqlamışdı. 

AMİDTV.AZ

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb

İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb