Kopenhagendə COP29-un prioritetləri müzakirə olunacaq

12
bbbbbb 0
Spread the love

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) prezidenti Sultan Əl-Cabir bu gün Danimarkanın paytaxtı Kopenhagendə qarşıdan gələn COP29 kontekstində iqlim dəyişikliyi ilə mübarizə addımlarını ətraf mühit nazirləri ilə müzakirə edəcək.“AMİDTV” xəbər verir ki, bu barədə COP28-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.“Sultan Əl-Cabir ətraf mühit nazirlərinin Kopenhagen görüşündə COP28 nümayəndə heyətinə rəhbərlik edəcək. Onlar birlikdə əldə edilmiş tərəqqi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) konsensusuna əsaslanan, eləcə də COP üçlüyü (BƏƏ, Azərbaycan və Braziliya) ilə birlikdə COP29 istiqamətində əldə edilmiş irəliləyişləri və gələcək iddialı iqlim fəaliyyətini, gözləntilər və prioritetləri müzakirə edəcəklər”, – məlumatda qeyd edilib.Qeyd edək ki, bu, COP28-dən sonra ilk böyük görüş olacaq.Görüşə COP28-in prezidenti Sultan Əl-Cabir, həmçinin COP29-un prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayev və Danimarkanın inkişaf əməkdaşlıq və qlobal iqlim siyasəti üzrə naziri Dan Yorqensen sədrlik edəcək.

AMİDTV.AZ

İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN