“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı

17
bbbbbb 0
Spread the love

Dünyada məşhur olan “TikTok” videoməzmun sosial media platforması Mədəniyyət Nazirliyinin dəstəyi ilə “#TikTokdanÖyrən” təşəbbüsünü təqdim edir.  

“#TikTokdanÖyrən” layihəsi fevralın 21-dən aprelin 21-dək davam edəcək. 

Layihə çərçivəsində layihəyə qoşulan hər bir mədəniyyət müəssisəsi  “#TikTokDanÖyrən” həştəqindən istifadə edərək ən azı bir maarifləndirici  video öz hesablarında yerləşdirməlidirlər. Qaliblər aprelin 30-dək layihənin “TikTok” hesabında elan olunacaq. 

Məqsəd Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər bir bölgəsindən olan istifadəçilərə rahat və maraqlı qısa video formatında bilikləri bölüşmək, həmçinin yeni məlumatlar öyrətmək və öz üfüqlərini genişləndirmək imkanı yaratmaqdır.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib və layihədə Azərbaycanın aparıcı mədəniyyət müəssisələrinin, o cümlədən muzeylər və teatrların iştirakı nəzərdə tutulub. 

Layihəyə qoşulan Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar təşkil edir, həmçinin Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gətirilməsi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər

AMİDTV.AZ

CANANA LEGEND MƏQSƏDİNƏ ÇATDI! “BİR ZÖVQ” YARIŞMASI BAŞ TUTDU

“Rənglərlə Qardaşlıq” İncəsənət Sərgisi keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Azərbaycan iqtisadi düşüncəsinin beynəlxalq akademik məkanda daha çox tanınmasına töhfə verən ziyalımız Aysel Quliyeva

Vətən sevgisini uca tutan musiqi ilə pərvazlandıran Allahverən Pərviz oğlunun həyat salnaməsi

Sima Cəfərovanın Vətənə, xalqa və maarifə həsr olunan ömür yolu

Rafael Seyfəli oğlu Məmmədovun ömür kitabının ən işıqlı səhifələri