Qoçbuynuz Xanlıq xalçası

29
bbbbbb 0
Spread the love

XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – “Bağçadagüllər”, “Qoçbuynuz xanlıq”, “Saxsıdagüllər”, “Bulud” və s. çeşnilər toxunurdu. 

Sürməyi yerlikli bu xalçanın əsas bəzəyini ara sahədəki iki stilizə edilmiş “bağa” təsvirləri təşkil edir. Qarabağ xalçaları üçün xarakterik olan bu elementlər özünəməxsus tərtibatı ilə seçilir. Şəkəri yerlikli haşiyə “mollabaşı” adlanan elementlərlə bəzədilmişdir. Haşiyəni daxildən “siçandişi”, xaricdən “S”ə bənzər elementlərlə bəzədilmiş mədail əhatə edir. Ara sahənin boşluqları gül, çiçək və digər klassik elementlərlə doldurulmuşdur. Xalça yüksək keyfiyyətli əl üsulu ilə əyrilmiş və təbii boyaqlarla boyanmış iplərdən toxunmuşdur.

AMİDTV.AZ

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

BİRLEŞSİN TÜRK OLAN

Doç.Dr.Seher Atmaca’ya Türkiye-Azerbaycan Kültür Köprüsüne Katkı Ödülü!

TEŞEKKÜR VE ŞÜKRAN