Səhiyyə naziri Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

8
0
Spread the love

Səhiyyə naziri Teymur Musayev Asiya İnkişaf Bankının (AİB) Sektorlar Departamenti 3-ün (SD3) Baş direktoru Kristin Enqstromun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Səhiyyə naziri bildirib ki, Azərbaycan hökuməti səhiyyə sisteminin dayanıqlı inkişafı, tibb infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib. Teymur Musayev qeyd edib ki, son illərdə ölkədə tibb müəssisələrinin müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi istiqamətində mühüm addımlar atılıb.
Nazir həmçinin vurğulayıb ki, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq səhiyyə sektorunda həyata keçirilən islahatların daha effektiv icrasına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verir. Teymur Musayev gələcəkdə innovativ layihələrin, xüsusilə regional səhiyyə infrastrukturunun inkişafı və tibbi kadr potensialının gücləndirilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.

Öz növbəsində, Kristin Enqstrom Azərbaycan hökumətinin səhiyyə sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və AİB-in bu proseslərə dəstək verməyə hazır olduğunu vurğulayıb. O, insan kapitalının inkişafı və sosial sektor layihələri baxımından Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini qeyd edərək, xüsusilə ana və uşaq sağlamlığı, tibbi kadrların hazırlanması və innovativ tibbi texnologiyaların tətbiqi sahəsində yeni birgə təşəbbüslərə maraq göstərib.

AMIDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Nüşabə Hacıyeva spektrlərin möcüzəli dünyasına rəhbərlik edən, Azərbaycan qadınının simvoludur

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib