Sabirabad Gənclər Evində ingilis dili üzrə ödənişsiz tədris fəaliyyəti davam etdirilir
Sabirabad Gənclər Evi tərəfindən gənclərin bilik və bacarıqlarının artırılması, onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə ingilis dili üzrə ödənişsiz dərslər hal-hazırda da sistemli şəkildə davam etdirilir.
Tədris fəaliyyəti çərçivəsində gənclərə ingilis dilinin qrammatik əsasları ilə yanaşı, danışıq bacarıqlarının inkişafına yönəlmiş praktiki məşğələlər keçirilir. Dərslər iştirakçıların aktivliyinin təmin edilməsi, qarşılıqlı ünsiyyət və əməkdaşlıq mühitinin formalaşdırılması prinsipləri əsasında təşkil olunur.
Sabirabad Gənclər Evinin təşəbbüsü və təşkilatçılığı ilə fəaliyyət göstərən “İngilis dilində danışıq klubu” çərçivəsində görüşlər mütəmadi olaraq həyata keçirilir. Görüşləri Sabirabad Gənclər Evinin təcrübəçi gənci Gülgün Hüseynovanın təşəbbüsü ilə təşkil olunur.
Keçirilən görüşlər zamanı iştirakçılar ingilis dili üzrə danışıq bacarıqlarını təkmilləşdirir, yeni söz ehtiyatı qazanır və müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar. Bu fəaliyyətlər gənclərin dil biliklərinin möhkəmləndirilməsinə yanaşı, onların sosial və kommunikativ bacarıqlarının inkişafına da töhfə verir.
Qeyd edək ki, Sabirabad Gənclər Evi tərəfindən həyata keçirilən bu cür tədris və inkişafyönümlü layihələr region gənclərinin potensialının üzə çıxarılması və onların cəmiyyətə daha fəal inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.
AMİDTV.AZ



