Sadiqlik fatehisən sən
Səni qısqanıram qaranlığa da,
Səni qısqanıram bir anlığa da..!
…Səni qısqanmıram sən sevdiyinə,
Ömrünü, gününü güvəndiyinə..!
Səni qısqanmıram üfüqlərə mən,
Üfüqlər mənimtək uzaqdı səndən.
Səni zirvələrə qısqanmıram mən,
Çünki zirvələrin üstündəsən sən..!
AMİDTVAZ
Cavanşir Atəşi Şair, yazar