XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi və “Şərq-Qərb” nəşriyyatının birgə layihəsi olan “Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı keçirilib.

1
0

Oktyabrın 7-də XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Xalça Muzeyi və “Şərq-Qərb” nəşriyyatının birgə layihəsi olan “Pəri xanımın sehrli xalçaları” adlı nağıl kitabının və eyniadlı animasiya filminin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova və muzeyin Uşaq şöbəsinin müdiri Təranə Əliyeva çıxış edərək qonaqlara layihənin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, nəşrin, həmçinin animasiya filminin əsas qayəsi uşaqları Azərbaycan xalçalarının gözəlliyi, rəngarəngliyi və zəngin koloriti ilə tanış etmək, milli mədəni irsimizi onlara sevdirmək, ənənələri qorumağın vacibliyini diqqətə çatdırmaqdır.
Qeyd edək ki, Leyla Leysanın müəllifi olduğu nağıl Azərbaycan və rus dillərində işıq üzü görüb. Sevimli nağıl qəhrəmanı ilə tanış olmaq istəyən hər kəs “Pəri xanımın sehrli xalçaları” kitabını muzeyin mağazasından əldə edə bilərlər.

AMIDTV.AZ

Astarada mədəniyyət müəssisələrinə monitorinqlər davam etdirilir

Akademik Musiqili Teatrda “Mesenat” tamaşasının premyerası olacaq

İŞIQLI BİR XATİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb