Cəbrayılda bayram konserti

0
0

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı keçirilib.
Vətən müharibəsinin ilk qazi şəhəri, iki ildir öz sakinlərini qoynuna alan Cəbrayılın mərkəzində qurulmuş səhnədə təqdim edilən konserti mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma yurda qayıtmış sakinlər izləyiblər.
Konsert proqramı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Uzundərə” Azərbaycan xalq rəqsi (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ilə başlanıb.
Sonra solistlər Nurlana Abdullayeva Elza İbrahimovanın “Ey Vətən”, Humay Aslanova Səid Rüstəmovun “Bilmədin”, Fəxri Kazım-Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Vəfa Vəzirova Rauf Məmmədovun “Yaşa mənim xalqım”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ” və Əşrəf Abbasovun “Süfrə mahnısı”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi” və “Tel oynasın” Azərbaycan xalq mahnısını ifa ediblər.
Konsertdə həmçinin Səbinə Ərəbli Tofiq Quliyevin “Azərbaycana gəlsin”, Aynur İsgəndərli Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” və Müslüm Maqomayevin “Azərbaycan” mahnılarını səsləndiriblər.
Bayram konsertinə bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Cəngi rəqsi” ilə yekun vurulub.
Könülləri oxşayan, insanları doğma yurdu sevməyə, birliyə, sədaqətə səsləyən nəğmələr və rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Cəbrayılda ilk Şəhər Günü ötən ilin həmin tarixində keçirilib.

AMIDTV.AZ

Astarada mədəniyyət müəssisələrinə monitorinqlər davam etdirilir

Akademik Musiqili Teatrda “Mesenat” tamaşasının premyerası olacaq

İŞIQLI BİR XATİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb