ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

0
0

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: “Zati-aliləri.

2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizə İslam dünyasının mərkəzindən ən səmimi təbriklərimi çatdırıram.

Bu, Cənubi Qafqazın üfüqünü ümid və harmoniya ilə işıqlandıran parlaq bir hadisədir. Bu, eyni zamanda tarixi zənginləşdirən, dünyanı ruhlandıran, dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət yollarını açan mühüm bir mərhələdir.

Zati-aliləri, bu nailiyyət Sizin uzaqgörən liderliyinizin, əvəzsiz fədakarlığınızın və ortaq rifah gələcəyini formalaşdırmaq istiqamətində göstərdiyiniz əzmkar səylərin əyani təzahürüdür. Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası xalqları ortaq məqsədlər ətrafında birləşdirə biləcək qətiyyətin, dialoqun, gələcək baxışların parlaq nümunəsinə çevrilmişdir.

ICESCO-nun Baş direktoru kimi mən də bu anın sevincini və xalqınıza bəxş etdiyi qüruru bölüşürəm. Bu, sadəcə bir razılaşma deyil, gələcək nəsillərə bəxş olunan bir hədiyyədir, mədəniyyətlərin, ideyaların və imkanların inkişaf edəcəyi bir bünövrədir. ICESCO Azərbaycanın yanında olmaqla, təhsil, mədəniyyət və elm sahələrində təşəbbüslər vasitəsilə bu sülh ruhuna töhfə verməyə, hər bir sahədə anlaşmaya və əməkdaşlığa hazırdır.

Uca Allah bu yeni dövrü uğurlu etsin, onun yaratdığı bağları möhkəmləndirsin və region xalqlarına daha böyük nailiyyətlər, birlik və rifah bəxş etsin!

Zati-aliləri, bu tarixi və ilhamverici nailiyyət münasibətilə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, ən yüksək ehtiramımı bildirirəm. Azərbaycanın adı tarixin bu parlaq səhifəsi ilə əbədi olaraq xatırlanacaqdır”.

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirildi

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi