Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bizim müasirimiz, hər bir azərbaycanlı üçün qürur mənbəyi Ümummilli lider Heydər Əliyev

0

Hər bir millətin dövlət müstəqilliyinə və milli azadlığa qovuşması üçün əlverişli siyasi mühit, milli iradə və güclü siyasi lider kimi amillərin olması mütləqdir. Heydər Əliyev Azərbaycan tarixində güclü siyasi lider olmaqla yanaşı, həm də milli dövlətçiliyimizin memarı və qurucusudur. Ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz tarixi xidmətləri
olmuşdur.Həmçinin tarixi təcrübə onu göstərir ki, hər bir millət üçün həlledici,vacib məqamlarda ictimai təşkilatlanma və xalqın maraqlarını təmsil edən qüvvələrin bir araya gəlməsi labüddür. Bundan başqa, həmin dövrdə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasəti və ölkə daxilində baş verən hakimiyyət uğrunda mübarizə yeni əldə edilmiş müstəqilliyimizi təhlükə altında qoyurdu. Məhz belə bir tarixi şəraitdə – ölkənin iflasa və məhvə sürükləndiyi vaxtda bir qrup Azərbaycan ziyalısı və görkəmli şəxslər Heydər Əliyevə müraciət edərək ondan kömək istədilər.Ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu bildirirdilər.
Azərbaycan xalqı Heydər Əliyevə inanmaqla ən doğru addımı atmışdı. Həmin
dövrdə baş verən böhran, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun
yeritdiyi uğurlu daxili və xarici siyasət nəticəsində aradan qalxdı. Həmçinin,
ümummilli liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri ilə
həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycan uğurlu bir yola qədəm qoydu. İqtisadi sahədə atılmış ən mühüm addım isə heç şübhəsiz, 1994-cü il sentyabrın 20-si iqtisadi inkişafın təməlini qoyan “Əsrin müqaviləsi” oldu. Qısa zaman ərzində Azərbaycan investiyalar məkanına çevrildi və
ölkədə sosial rifah halının yaxşılaşdırılmasına şərait yarandı. Ulu Öndər Heydər Əliyevin başçılığı ilə hüquqi demokratik dövlət qurmaq üçün bir sıra mühüm addımlar atıldı. Siyasi plüralizm, söz azadlığı təmin edildi, çoxpartiyalı
sistem yaradıldı, ölkəmiz bir sıra mühüm beynəlxalq və regional təşkilatlara
üzv oldu və ölkədə siyasi sabitlik yarandı.Ümummilli lider Heydər Əliyev bizim müasirimiz, hər bir azərbaycanlı
üçün qürur mənbəyidir. Tarixin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi
şəxsiyyətlərdən biri olan Heydər Əliyev xalqımızın tarixində çox böyük iz qoymuşdur: bu gün milli dövlətçiliyimizin ideya əsası məhz bu tarixi şəxsiyyətə məxsusdur. Heydər Əliyev hər zaman Azərbaycan xalqının mənəvi dəyərlərini yüksək tutmuş və onları bütün dünyaya tanıtdırmışdır. Heydər Əliyev milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur. Ulu Öndər Azərbaycan xalqının mənafeyini düşünən biri olmuş, bu istiqamətdə apardığı ardıcıl və məqsədəuyğun siyasət onun bütün fəaliyyətinin əsasını təşkil etmişdir. Məhz bu baxımdan xalqımız ümummilli liderin qoyduğu bu sərvəti
və irsi qoruyub saxlayaraq gələcək nəsillərə ötürməlidir. Bu dahi şəxsiyyətin 1969-cu ilin avqustunda keçirilən Plenumda açıqladığı milli qayəli müddəalar cəmi 12 il ərzində öz real həllini tapmışdır. Azərbaycan sənayesinin, kənd təsərrufatınınbu müdrik rəhbərin fitri təşkilatçılıq qabiliyyəti, səriştəli idarəetmə təcrübəsi və tükənməz enerjisi sayəsində əldə etdiyi yüksək nailiyyətlər, qısa zaman
çərçivəsində xalqın sosial rifah halinin yüksəldilməsinə gətirib çıxarmışdır.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyev ikinci hakimiyyəti dövründə sosial-iqtisadi, siyasi-edeoloji,ticari, mədəni, dini-mənəvi siferalarda milli dövlətçilik ənənlərimizin bərpasını və sürətli inkişafını da təmin etmişdir. Ölkə başçısı Heydər Əliyev Azərbaycan Respublikası vətəndaşlarının milli, sosial, dini, etnik mənşəyinə fərq qoymayan, bütün vətəndaşların hüquq və azadlıqlarını, imtiyaz və vəzifələrini təsbit edən sivil bir Konstitusiyının 1995-ci ilin noyabrında referendum yolu ilə qəbulunu da həyata keçirmişdir. O, Azərbaycan ın balanslaşdırılmış xarici siyasət kursunun formalaşdırılması prosesini də uğurla başa çatdırmışdır. 1994-cü ilin 20 sentyabr tarixində dünyanın nəhəng şirkətləri və inhisarçı birlikləri ilə “Əsrin müqaviləsi”ni bağlayaraq Azərbaycan ın beynəlxal aləmə tanıtmaqla yanaşı, həmçinin ölkəmizi Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevirmişdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrət və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin, iqtisadiyyatın əsası qoyulmuş, sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Nəticədə Azərbay-
canın iqtisadi potensialı güclənmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanuna ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın
artırılması, kənd təsərrüfatının inkişafı sahəsində yüksək göstəricilər əldə
etməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, tarixi yaddaşının özünə qaytarılması, soykök əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və
realaşması üçün də çox mühüm işlər görmüşdür. Bütün bununla yanaşı insan
amilinə böyük əhəmiyyət vermişdir
Azərbaycanda yaşayan bütün insanların əməyinə dəyər verən, zəhməti qiymətləndirən insan hər cür xaruqələr yaratmaga qadirdir. Bu sadə həqiqəti özünün rəhbərlik fəaliyyətində daimi nəzərə alan, quruculuğu, əməksevərliyi,
fədakarlığı hər zaman layiqincə qiymətləndirərək, zəhmətkeş, təşəbbüskar
insanları qarşıya qoyulmuş ən çətin və mürəkkəb vəzifələri uğurla yerinə yetirməyə səfərbər edən Ulu Öndər Heydər Əliyev haqq-ədalət mücəddiməsi idi. Həyatı boyu güclünü-gücsüzdən, haqqı-nahaqdan qoruyan, hər yerdə həmişə öz aqilliyini və aliliyini sübuta yetirən bu dahi şəxsiyyət totalitar sovet
rejimində belə nüfuz dairəsindəki bütün məkanlarda haqq ədalətin zəfər çalmasına nail olmuş, ölkəmizdə müstəqil dövlət quruculuğu dövründə isə insan və vətəndaş, hüquq və azadlığın tam təmin edilməsi naminə müstəsna xidmətlər göstərmişdir. Əməyə və əməkçiyə həssas səmimi münasibət, sadə adamları qəlbən duyması, onların ülvi, misilsiz arzularının, diləklərinə çatması, Ulu Öndərimizə tükənməz ümumxalq məhəbbəti qazandıran amillər sırasında xüsusi yer tutur.
Vüsətli iqtisadi inkişaf nəticəsində əhalinin sosial problemlərinin
həlli üçün geniş imkanlar, maliyyə resursları əldə edildi. Bu imkanlar yaşayış səviyyəsinin yüksəldilməsinə, mədəni tərəqqiyə, təhsilə, səhiyəyə, bədən tərbiyyəsi və idmana, istirahətə və asudə vaxtın səmərəli təşkilinə yönəldildi.
Ulu Öndərimiz vətəndaşların qanuni mənafelərinin, əmək hüquqlarının
qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə daimi diqqət və qaygı göstərmişdir.
Ümummilli Liderimiz Heydər Əliyev hələ sağlığında ikən, canlı əfsanəyə çevrilmişdi. Heydər Əliyevin dərin zəkası, qətiyyəti məntiqi, hadisələri düzgün təhlil edib qiymətləndirmək bacarığı, gələcəyi görmək istedadı imkan verirdi ki, tarixin gedişini qabaqcadan bilsin, hadisələri nəzərdə tutdugu planlara uyğun istiqamətləndir sin. Azərbaycan xalqı özünü xoşbəxt saymaqda haqlıdır Azərbaycanın xarici siyasətinin mühüm prioriteti beynəlxalq enerji siyasətinin həyata keçirilməsini təmin etmək idi. Bu siyasət dövlətin iqtisadi inkişafında mühüm amil oldu. Azərbaycanın zəngin karbo hidrogenlərinin inkişafı və dünya bazarlarına nəqli beynəlxalq iqtisadi əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ölkə əhalisinin rifah halının artmasını da təmin etdi.Ümummilli lider Heydər Əliyev xarici siyasətində ən önəmli istiqamətlərdən biri kimi Rusiya ilə münasibətləri diqqətdə saxlayırdı. Ümummilli Lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə mərkəzi hakimiyyətin həyata keçirdiyi siyasət onun birbaşa müdaxiləsi nəticəsində Azərbaycan xalqının maraqları istiqamətində zərərsizləşdirildi. Milli bir düşüncəyə malik olan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili olaraq elan edilməsi və tətbiqi, milli ənənələrin qorunması, erməni separa tizminin qarşısının alınması istiqamətində xüsusi işlər gördü. Azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsil almasına yardım etməklə milli ziyalı təbəqəsini gücləndirdi. Təbii ki, bu da öz növbəsində Azərbaycan xalqının milli və siyasi şüurunun qorunmasına zəmin oldu. Bu gün danılmaz bir həqiqət var ki, Azərbaycanda neft-kimya sənayesinin müxtəlif inkişaf mərhələlərində çox mühüm hökumət qərarları hamısı məhz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və onların hər biri respublikanın iqtisadi potensialının artırılmasında həlledici rol oynamışdır. Yüzlərlə çeşiddə və geniş həcmdə məhsul buraxılışını təmin edən neft-kimya sənayesinin – xalq təsərrüfatının bu mühüm sahəsinin inkişafında dahi rəhbərin rolu məhz bu baxımdan, xüsusilə, əhəmiyyətli və nəhayətsiz dərəcədə böyükdür. Və bu gün Azərbaycanın neft-kimya sənayesi nəyə nail olubsa, nələrə qadirdirsə, bütün bunlar Ulu öndərin Azərbaycan iqtisadiyyatının mühüm və vacib strateji sahələrindən olan neft-kimya sənayesinin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir.Ulu öndərin respublikaya rəhbərliyinin ilk illərindən etibarən sənayenin, xüsusilə də strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirməsinin, şəxsi təşəbbüsünün və gərgin səylərinin nəticəsi olaraq, ötən əsrin 70-80-ci illərində Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən neft-kimya müəssisələrinin yaradılması, yeni texnoloji qurğuların inşası, eyni zamanda, mövcud istehsalatların rekonstruksiyası, yeniləşdirilməsi, istehsal güclərinin artırılması işləri geniş vüsət almışdı.
Ulu öndərin rəhbərliyi ilə kimya sənayesinin əsaslı şəkildə yenidən qurulub müasirləşdirilməsi miqyasını təsəvvür etmək üçün 1970-ci ildən başlayaraq, kimya müəssisələri üzrə yeni istehsalatların tikilib istismara verilməsi mərhələlərinə diqqət yetirmək kifayətdir.Müəllifinin Heydər Əlliyev olduğu neft strategiyası və bu sahədə görülən  məqsədyönlü tədbirlər  bu gün nəinki mühüm sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət kəsb edir. “Bakı-Tbilisi-Ceyhan” neft, “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərləri həm sosial-iqtisadi faydası, həm də geosiyasi baxımdan beynəlxalq miqyasda Azərbaycanın əhəmiyyətini və rolunu daha da artırmışdır. Bir vaxtlar gerçəkləşməsi qeyri-real görünən enerji layihələri məhz Ulu öndərin uzaqgörən və dahiyanə siyasətinin nəticəsi olaraq bu gün xalqımızın rifahına, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət etməkdədir.Neft sektorunun sürətli inkişafının neft-kimya sənayesinin – həmin dövrdə xammal və enerji çatışmazlığı üzündən çox ağır vəziyyətə düşmüş bu mühüm sahənin də fundamental dəyişikliklər və yeniliklər tələb etdiyini, ilk növbədə etibarlı enerji təminatına ehtiyac olduğunu nəzərə alan Ulu öndər, 1998-ci ildə Yaponiyaya tarixi səfəri zamanı müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkəmizin neft-kimya sənayesinin inkişafında dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yadda qalmaqdadır.Məhz unikal enerji istehsalçısı olan Buxar-generator kompleksinin 2001-ci ilin iyulunda istifadəyə verilməsi sayəsində ölkənin neft-kimya kompleksi enerji böhranı ilə bağlı düçar olduğu ağır bəladan xilas ola bilmişdi. Ulu öndərin uzaqgörənliyinin nəticəsi olaraq  Buxar-generator qurğusu nəinki neft-kimya kompleksini tənəzzüldən xilas etdi, hətta “Azərikimya”nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında, Sumqayıtda kimya sənayesinin inkişafı üçün yeni bir mərhələnin başlanmasında mühüm vasitə oldu. Avtonom enerji kompleksinin işə salınması nəticəsində, Etilen-polietilen zavodu, bütövlükdə neft-kimya kompleksi yenidən dirçəlişi ilə yanaşı özünün gələcək inkişafı üçün real perspektivlər qazandı.Və bu danılmaz həqiqətdir ki, əgər dahi rəhbərin təşəbbüsü əsasında Buxar-generator kompleksi həmin dövrdə inşa edilməsəydi, Azərbaycanın neft-kimya sənayesi uzun illərin böhranı içərisində qalmış olardı.  Hazırda, dünyanın bir-çox ölkəsinə məhsul ixrac edən “Azərikimya” İstehsalat Birliyi Heydər Əliyev ideyalarının layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf dövrü ərəfəsindədir. ölkə başçısı dahi rəhbərin dövlətçilik ənənələrini və iqtisadi siyasətini uğurla davam etdirərək, son illərdə respublikamızın iqtisadi potensialının artırılması, eləcə də, neft-kimya sənayesinin persrektiv inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Prezdent İlham Əliyevin respublika iqtisadiyyatının daha da gücləndirilməsi, ölkəmizin dünyanın ən qabaqcıl, mütərəqqi dövlətləri sırasına çıxması istiqamətində apardığı ardıcıl və məqsədyönlü iqtisadi siyasətin, həyata keçirilən səmərəli tədbirlərin nəticəsi olaraq respublikamızın neft-kimya sənayesində də mühüm irəliləyişlər dövrü başlanmışdır.
Azərbaycanın bügünkü hərtərəfli yüksəliş reallığını layiqincə qiymətləndirən və bu yüksəlişin daha geniş vüsət almasını sürətləndirməyi vacib sayan ölkə rəhbərinin 2010-cu il aprelin 2-də “Azərikimya”nın dünyanın aparıcı və nüfuzlu neft şirkətlərindən birinə çevrilmiş Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə verilməsi barədə imzaladığı Sərəncam ölkə sənayesinin neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanmaları üçün yeni persrektivlər açmışdır. Bu sahədə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinin mühüm və mütləq olduğunu əsas tutan Sərəncam sənayenin bu mürəkkəb və mühüm sahəsində fəaliyyətin gücləndirilməsini, neft-qaz emalı və neft-kimya sənayesinin paralel olaraq inkişafını, onların səmərəliliyinin yüksəldilməsini, məhsulların rəqabət qabiliyyətinin artırılmasını başlıca məqsəd kimi qarşıya qoymuşdur.
Diqqətəlayiq haldır ki, ölkə rəhbərinin həmin Sərəncamına uyğun olaraq Dövlət Neft Şirkəti tərəfindən “Azərikimya”nın istehsalat gücünün, kimya məhsullarının çeşidinin artırılması məqsədilə yeniləşmə, müasirləşmə prosesləri sürətlənmiş, bu istiqamətdə intensiv tədbirlər həyata keçirilməyə başlanılmış və ötən müddət ərzində bu sahədə ciddi irəliləyişə nail olunmuşdur.Azərbaycan kimyaçıları, və Azərbaycan xalqı Heydər Əliyev kimi dahi bir şəxsiyyətdən örnek həyat felsefesinden böyük qürur hissi duyuruq,onun ölkəmizin inkişafında göstərdiyi misilsiz xidmətləri,daimi diqqət və qayğını böyük minnətdarlıq hissi ilə xatırlayırıq.

AMİDTV.AZ

KƏRƏM ŞIXƏLİYEV Azərbaycan Dövlət Neft və Sənaye Universtetinin Kimya Texnologiya fakültəsi Texnika elmləri doktoru ,professor,Avropa və Russiya Təbiət Elimləri Akademiyasının Akademiki

PS:Texniki səhvə görə redaksiya heyəti adından üzr istəyirik !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir