“Teatr xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsi vasitəsi kimi” devizi altında keçirilir.

Ümumdünya Teatr Günü (ing. World Theatre Day) — hər il martın 27-də bütün dünyada qeyd olunan bütün teatr işçilərinin beynəlxalq peşə bayramı. Bu bayram ənənəvi olaraq “Teatr xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsi vasitəsi kimi” devizi altında keçirilir.
Ümumdünya Teatr Günü 1962-ci ildə Beynəlxalq Teatr İnstitutu tərəfindən təsis edilib. Hər il martın 27-də Beynəlxalq Teatr İnstitut Mərkəzləri və beynəlxalq teatr ictimaiyyəti tərəfindən qeyd olunur. Bu münasibətlə müxtəlif milli və beynəlxalq teatr tədbirləri təşkil olunur. Bunlardan ən mühümlərindən biri Ümumdünya Teatr Günü Beynəlxalq Mesajının tirajlanmasıdır ki, Beynəlxalq Teatr İnstitutunun dəvəti ilə dünya şöhrətli bir şəxs Teatr və Sülh Mədəniyyəti mövzusunda öz fikirlərini bölüşür. İlk Ümumdünya Teatr Günü Beynəlxalq Mesajı 1962-ci ildə Jan Kokto (Fransa) tərəfindən yazılmışdır. 1961-ci ilin iyununda Beynəlxalq Teatr İnstitutunun 9-cu Ümumdünya Konqresində əvvəlcə Helsinkidə, sonra Vyanada Finlandiya Mərkəzi adından Prezident Arvi Kivimaa təklif etmişdir. Beynəlxalq Teatr İnstitutu Ümumdünya Teatr Gününün təsis edilməsi haqqında qərar qəbul edib. Skandinaviya mərkəzləri tərəfindən dəstəklənən təklif alqışlarla qarşılandı
150-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.
Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Bütün teatrlarımızda çalışan tear kollektivlərinin,aktyor və aktrisalarımızın Ümüm Dünya Teatr bayramlarını təbrik edirik.
AMIDTV.AZ
Aygün Məmmədova