Asiya Parlament Assambleyasının komitə iclasında

0

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.

İclas çərçivəsində ekoloji məsələlər, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA-ya üzv parlamentlərin rolu və digər məsələlərə həsr olunmuş qətnamə layihələri müzakirə olunacaq.

Deputatımız iclasda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da əldə olunan nailiyyətlər və qəbul olunan mühüm qərarlarla bağlı çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.

Səfər dekabrın 10-da başa çatacaq

AMIDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir