Benilüks Azərbaycanlıları Konqresinin üzvləri Qərbi Azərbaycan İcması rəhbərliyi ilə görüşüb

1
0

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) üzvlərinin Qərbi Azərbaycan İcması rəhbərliyi ilə Bakıda görüşü baş tutub.

Görüşdə BAK-ın sədri Elsevər Məmmədov, BAK-ın sədr müavini Sima Cəfərova,  BAK-ın mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva, BAK-ın Azərbaycan üzrə nümayəndəsi, “Dayaq” təşkilatının sədr müavini Məcid Məmmədov, Qərbi Azərbaycan İcmasının rəhbəri, Millət Vəkili Əziz Ələkbərli və İcma rəhbərinin müavini, Millət Vəkili Hikmət Babaoğlu iştirak edib.

Görüş zamanı Qərbi Azərbaycan İcması ilə Benilüks Azərbaycanlıları Konqresinin əməkdaşlığı, bu əməkdaşlığın və gələcək planların perspektivləri müzakirə olunub.

Görüşdə son 100 ildə soydaşlarımızın Ermənistan ərazisindən deportasiya edilməsi və toponimlərin erməniləşməsi kimi mövzular müzakirə edilib, bu mövzularla bağlı yeni faktlar nəzərdən keçirilib. Soydaşlarımızın doğma yurdundan – Qərbi Azərbaycandan deportasiyası ilə bağlı məlumatların Avropa ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulanıb. Sovet İttifaqı dövründə bu hadisələrin gizlədildiyi pislənib. Görüş iştirakçıları bu məsələnin ictimailəşməsinin vacibliyini diqqətə çatdırıblar.

AMİDTV.AZ

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Ulu Öndər Heydər Əliyevin elmin məbədinə çevrilən dövlətçilik fəlsəfəsi

Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi siyasət

Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb