“Bank Respublika” ASC-nin Kiçik və orta biznes müştəriləri departamentinə yeni direktor təyin edilib

0

AMİDTV.AZ xəbər verir ki, Rəşad Quliyev Bank Respublika ASC -nin KOB müştəriləri departamentinin direktoru təyin edilib.

O 2018-ci ildən bankın heyətinə qatılıb. Buna qədər R.Quliyev 17 il ərzində “AccessBank” QSC-də şöbə və filial müdiri vəzifəsində çalışmışdı.

O ali təhsilini Bakı Dövlət Univeristetində alıb. 2001-2006-cı illərdə İqtisadi kibernetika üzrə bakalavr dərəcəsinə yiyələnib.

Bizdə kollektivimiz adından Rəşad Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir