Hiperhidroz zaman-zaman və ya daima, stresli vəziyyətlərdə artan, mənfi bir emosional vəziyyət ilə ortaya çıxan tərləmədir. Bu gün fiziki və psixoloji narahatlığa gətirən bir problemdən qurtulmaq üçün müxtəlif vasitələrdən və təsirli metodlardan istifadə olunur.
Tərləmə – tər vəziləri tərəfindən mayeşəkilli sekretin (tər) ifrazı ilə səciyyələnən fizioloji prosesdir. Tərləmə prosesi orqanizmi hipertermiyadan qoruyur, homeostazı tənzimləyir. Problemi necə həll etmək və əbədi olaraq necə müalicə etmək olar- bu xəstəliklə qarşılaşan insanları düşündürür. Hiperhidroz müalicə edilə bilərmi? Mümkündür, amma çox səy göstərərək.Tərin 97-99%-ni duzlar (natrium və kalium sulfat, xlorid, fosfat) və digər mürəkkəb üzvi maddələrdən ibarət su təşkil edir. Problemdən uğurla xilas olmağın səbəblərini nəzərdən keçirmək vacibdir. Hal-hazırda tərləmə və onu müşayiət edən xoşagəlməz qoxu müalicəsində müxtəlif üsullardan istifadə olunur.İlk tövsiyyə problemli sahələri mütəmadi olaraq təmizləməkdir. Eləcə də ayaqların həddindən artıq tərləməsi ilə, əksər hallarda gündə iki dəfə onları sərin su ilə yumaq kifayətdir. Qolların altındakı, sinə və arxadakı həddindən artıq tərləmədən necə qurtulmaq olar? Duşa daha tez-tez baş çəkin. Bu xüsusilə istidə doğrudur.Gigiyenik metodlar təsirli deyilsə, xüsusi antiperspirantlardan istifadə edilməlidir. Xüsusi vasitələr kömək etmirsə, hansı həkimə müraciət edəcəyinizi bilməlisiniz. Bunun səbəblərini tapmaq, testlərdən keçmək lazımdır. Problemin səbəbləri müəyyən edilə bilmədiyi təqdirdə, ionoforez, cərrahiyyə əməliyyatına müraciət edə və ya “Botox” a daxil ola bilərsiniz

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.Bundan əlavə tərləmə termorequlyasiya prosesində (bədən hərarətinin lazım olan səviyyədə saxlanılması prosesi) iştirak edir. Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər tez buxarlanır və bunun nəticəsində dəri soyuyur.İnsan stress, həyacanlanma zamanı də daha güclü tərləyir. Bu da orqanizmin stressə qarşı olan təbii reaksiyasıdır.Beləliklə, tərləmə təbii və insan orqanizminin normal fəaliyyəti üçün çox vacib olan bir prosesdir.Lakin bəzi hallarda tərləmə hər hansı xəstəliyin simptomu kimi meydana çıxa bilər. Bu səbəbdən əgər insan birdən-birə güclü tərləməyə başlayıbsa, buna fikir vermək lazımdır. Həddindən çox tərləməyə səbəb olan xəstəliklərin siyahısını təqdim edirik:- Ağciyər xəstəlikləri (pnevmoniya, vərəm, ağciyər xərçəngi). İnsan xüsusilə gecə saatlarında həddindən çox tərləyirsə, bu halda hər hansı ağciyər xəstəliyindən şübhələnmək olar.- Şiş xəstəlikləri (xərçəng). Hərarətin səbəbsiz qalxması, güclü tərləmə, zəiflik xərçəng xəstəliyinə işarə edə bilər.- Tireotoksikoz (qalxanvari vəzi xəstəliyi). Bu xəstəlik zamanı vəz orqanizmə lazım olandan artıq miqdarlarda hormonları ifraz edir. Qalxanvari vəzi orqanizmdə o cümlədən termorequlyasiya proseslərinə də ciddi təsir edir və bu səbəbdən qalxanvari vəzinin fəaliyyətinin güclənməsi tərləmənin artmasına səbəb olur. Tireotoksikozdan əziyyət çəkən insanların dərisi hər zaman isti və nəm olur. Digər simptomlar – əsəbilik, əhvalın tez-tez dəyişilməsi, arıqlama, nəbzin tezləşməsi, ishal və s.- Nevroz və digər sinir sistemi pozulmaları zamanı da həddindən çox tərləmə ola bilər.- Qadınlarda hormonal fonun geyri-sabit olması (hormonal pozulmalar, klimaks) güclü tərləmə tutmalarına səbəb olur.- Şəkərli diabet xəstəliyi olan insanlarda qanda şəkərin kəskin düşməsi halsızlıq, güclü tərləmə, ürəkbulanması, nəbzin tezləşməsi kimi simptomlarla müşayiət olunur.- Ürək xəstəlikləri də həddən çox tərləməyə səbəb ola bilər. Bu zaman tər soyuq olur, əvvəl üz, sonra bütün bədən tərləyir.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir