Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr olunan “ 100 ilin imzası” kitabının təqdimatı keçirilib

5 dekabr 2023 ildə Mədəni İnkişaf Təbliğı İctimai Birliyi,Şəhər Mədəniyyət Evi, Heydər Əliyev Mərkəzi Ümummilli lider Hey-
dər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “100 ilin imzası” kitabının təqdimatını keçirib. Tədbirdə himn səsləndirib və Ümmmilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, Ulu Öndər Heydər Əliyev haqqında çox qədim və zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqının müasir dövrü tarixində müstəsna yeri olan bu böyük insanın həyat və dövlətçilik fəaliyyəti haqqında mülahizələrini irəli sürmüşlər .
Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri
ilə yetərincə məlumdur. Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir.
Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə
məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi. Belə bir dahi şəxsiyyətini unutmayan xalqımızın İctimai xadimləri, ziyallılarımız tərəfindən ölkəmizin hər bir yerində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirib.Tədbirdə həyat yolundan hazırlanmış videoçarxlar nümayiş etdirilir.Tədbir bədii hissə ilə davam etdirilib .Şəhər Mədəniyyət Evində respublikamızda unukal olan xanımlardan ibarət “Veteranlar” xalq xorunun üzlərinin ifasında Azərbaycan xalq və bəstəkar mahnılarını, çox gözəl ifa ediblər
PS:Kitablar bizim dünənimizdən, bu günümüzdən və gələcəyimizdən xəbər verir. Heydər Əliyev haqqında yazılan kitablar eyni zamanda Azərbaycan can tarixini də özündə əks etdirir. “Ümummilli liderin, həm ədəbiyyatımızın, həm jurnalistikamızın inkişafında çox böyük rolu var. O, ictimai rəyin ustası idi. Heydər Əliyev bircə sözü, bircə fikriylə də Azərbaycan mətbuatını hansısa mövzu haqqında düşünməyə, müzakirələr aparmağa sövq edən müdrik siyasi xadim idi.Bu kitab və bugünkü tədbir Ulu öndərin ruhuna ehtiramın, sevginin nümunəsidir. Bu münasibətlə müəllifə minnətdarlığımızı bildirir, onu təbrik edirik. Əminəm ki, bu kitab da Ulu Öndərə həsr olunmuş yüzlərlə kitabların içərisində özünəməxsus bir yer tutacaq. Bu kitablar vasitəsilə gələcək nəsillər dahi şəxsiyyətin həyat yolundan örnək götürəcəklər.
AMİDTV.AZ






