Londonda “Zəfər Salnaməsi” adlı tədbir keçirilib

2
0
Spread the love

Azərbaycanın Zəfər Günü münasibətilə Böyük Britaniyanın paytaxtı Londonda “Zəfər Salnaməsi” adlı tədbir keçirilib. Tədbir Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Diaspor fəalı və “Bülbül Azərbaycan dili” kitabının müəllifi Emiliya Cəbrayılova açılış nitqində bu tədbirin yalnız tarixi bir anı xatırlamaq deyil, həmçinin, xalqımızın qürur, qəhrəmanlıq və birliyini təntənə ilə qeyd etmək məqsədi daşıdığını bildirib.

Tədbirdə Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyənin Böyük Britaniyadakı səfiri Koray Ertaş, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva çıxış edib.

Çıxışlarda xalqımızın əzmkarlığı, həmrəyliyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Vətən müharibəsində tarixi Qələbənin qazanıldığı vurğulanıb.

Bədii hissədə tanınmış ifaçılar – Rasim Fərziyev və ansamblı, Emiliya Yaqubova,  Fərhad Amiri Azərbaycanın xalq mahnılarını və bəstəkar musiqilərini ifa ediblər.

Bununla yanaşı, Eldar Əzizovun müəllifliyi ilə hazırlanan “The History of the Patriotic War: Personality Factor” ( “Vətən müharibəsinin tarixi: şəxsiyyət faktoru”) adlı kitabın təqdimatı keçirilib. Nəşrdə 44 günlük Vətən müharibəsinin xronikası, şəhidlərin qəhrəmanlığı və Qələbənin siyasi-hərbi aspektləri geniş şəkildə işıqlandırılıb.

Bu tədbir Azərbaycan diasporunun birlik, qürur və milli həmrəylik ruhunu bir daha nümayiş etdirib.

AMIDTV.AZ

Soydaşımıza “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Mersin’de Kahramanmaraşlılar Güç Birliği Mesajı Verdi

Azərbaycanla Meksika diaspor sahəsində əməkdaşlıq edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məlumatlar

Gülyanaq və Gülyaz Məmmədova ” Turan Marşı “

​Bəstəkar Elnar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş xatirə konserti

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib

İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb