“Golden Time Talent” Müsabiqəsi: Beynəlxalq İstedad Platformasında uğurlu yol keçən Aygün Fərəcli

“Golden Time Talent” Müsabiqəsi: Beynəlxalq İstedad Platformasında uğurlu yol keçən Aygün Fərəcli
“Golden Time Talent” müsabiqəsi Londonda keçirilən və hər il dünyanın müxtəlif ölkələrindən istedadları bir araya gətirən mötəbər bir beynəlxalq tədbirdir. Bu müsabiqə, incəsənətin geniş spektrini əhatə edərək, təsviri sənətdən musiqiyə və solo ifalara qədər müxtəlif sahələrdə iştirakçılara özlərini göstərmək imkanı verir.
“Golden Time Talent” həm həvəskar, həm də peşəkar ifaçılara açıqdır, bu da onu hər səviyyədə olan istedadlar üçün cəlbedici bir platformaya çevirir. Müsabiqə, iştirakçılara beynəlxalq səviyyədə tanınmaq, öz bacarıqlarını nümayiş etdirmək və yeni təcrübələr qazanmaq şansı təqdim edir.
Müsabiqənin uğurlu iştirakçılarından biri də Aygün Fərəcli olub. Onun bu müsabiqədəki 2 ci yer tutması , “Golden Time Talent”in istedadların kəşf edilməsində və onların beynəlxalq arenada irəliləməsində oynadığı rolu bir daha təsdiqləyir.
Gəlin Beynəlxalq müsabiqədə uğurlu nəticə əldə edən Aygün Fərəclini daha yaxından tanıyaq.
Aygün Fərəcli 19 aprel 2012-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Masazır kəndi 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə ilk qədəmlərini qoyub və hazırda 8-ci sinifdə oxuyur
Aygün xanımın fortepianoya olan marağı olduqca böyük olub. Hər zaman fortepiano ustadlarının ifasını Cavanşir Quliyevin, Xurşid Abdullayevanın,Eldar Mansurov , Xuraman və Fidan Qasımovanın pianinoda ifa etdiklərini izlədiyi zaman marağını gizlətmirdi .Bunu nəzərə alaraq valideynləri Aygün Fərəclinin arzusunu reallaşdırmaq qərarına gəliblər .
Hazırda Aygün fərdi şəkildə Hacıyeva Vüsalə xanımdan dərs alır. Vüsalə müəllimənin bu işdə rolu böyükdür – həm peşəkarlığı, həm də səmimi yanaşması ilə Aygünün ifa bacarığının formalaşmasında əvəzsiz rol oynayıb. Onun dəstəyi sayəsində Aygün xanım özünü bu sahədə daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyub.
Vüsalə xanımın təşəbbüsü və təklifi ilə Aygün xanım “Golden Time Talent” adlı beynəlxalq müsabiqəyə qatıldı. Bu valideynləri və Aygün xanım üçün həm həyəcanlı, həm də maraqlı bir təcrübə oldu.
Aygünün səhnədə təmsil olunması, öz ifasını qürurla nümayiş etdirməsi ,mükafat alması və Aygün xanımın və valideynləri üçün unudulmaz bir xatirəyə çevrildi.
Aygün xanımı atası Şaiq bəy, anası Günay xanım, Nənəsi Rəqiyyə xanım , Babası Eyvaz bəy,Xalası Dilarə xanım, bütün doğmaları gələcək fəaliyyətlərində uğurlar arzulayırlar. Bizdə kollektivimiz adından təbriklərə qoşularaq, gələcək fəaliyyətlərində uğurlar, nailiyyətlər arzulayırıq.
AMİDTV.AZ
Aygün Məmmədova Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Türkiyədə fəaliyyət göstərən “Anasan”ozanlar,yazarlar, birliyinin üzvü, Rusiya və Dərbənddə fəaliyyət göstərən” Gülüstan” Ədəbiyyatçılar İttifaqının üzvü



