Milli Məclisin deputatı, parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü Qaya Məmmədov Macarıstanın Budapeşt şəhərinə səfərə gedəcək.

Milli Məclisin deputatı, parlamentin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü Qaya Məmmədov iyunun 9-da Macarıstanın Budapeşt şəhərinə səfərə gedəcək.
Səfərdə deputat Azərbaycanın Macarıstandakı səfirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Macarıstan Xarici Əlaqələr İnstitutunun birgə təşkilatçılığı ilə Budapeştdə keçiriləcək və Qərbi Azərbaycan icması, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Səfər iyunun 10-da başa çatacaq
AMIDTV.AZ