Ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşması yolunda xidmətləri olan Tovuz elinin savadlı, dünyagörüşlü, nümunəvi müəllimi Novruzova Rita Nəbi qızı

0

Müstəqillik dövründə Azərbaycan təhsili böyük inkişaf yolu keçmişdir. Müstəqilliyimizin ilk illərindən ölkəmizdə milli zəminə, demokratik dəyərlərə əsaslanan yeni təhsil sisteminin yaradılması istiqamətində geniş iş başlanmış, 90-cı illərin sonlarından isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi, təhsildə də sistemli islahatlara start verilmişdir. Aparılan islahatlar son illər öz bəhrəsini verməkdədir. Təhsilimizin bütün sahələrində diqqətəlayiq uğurlar qazanılıb.
Müəllimin peşəkar olması, səriştəliliyi müəllim peşəsini daha nüfuzlu, müəllim əməyini daha maraqlı, daha məzmunlu və daha səmərəli edir.Müəllimin peşəkarlığı, peşəsində səriştəli olması təhsilalanların daha yaxşı oxumalarına, təhsil prosesində daha dərin və hərtərəfli bilik, bacarıq və vərdişlər qazanmalarına, mənəvi-əxlaqi dəyərlərə daha mükəmməl yiyələnmələrinə, rəqabət qabiliyiətli mütəxəssislər kimi formalaşmalarına, hər bir vətəndaşın cəmiyyətin layiqli üzvü kimi tərbiyə olunmalarına, milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə əlverişli zəmin yaradır.
Son illər respublikamızda təhsilin inkişafı, onun maddi texniki bazasının möhkəmləndirilməsi, yeni informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi,müəllimlərin ixtisas və peşəkarlıq səviyyələrinin artırılması sahəsində bir sıra uğurlu işlər görülmüş və görülməkdədir. Bunlarla yanaşı,“sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşması yolunda işlər aparılır.Peşəkar və səriştəli müəllim adını qazanmaq həm şərəfli,həm də çətin bir işdir. Buna nail olmaq təkcə “bu peşə üçün doğulanlar”, müəllimliyə müəyyən mənada fitri qabiliyyəti, istedadı olanlara nəsib olmur. Daha çox öz peşəsinin zirvəsinə yüksəlmək üçün inadla çalışan, daim axtarışda olan, yeniliklər axtara-axtara özü də yenilikçi olan, yeni pedaqoji təfəkkürə yiyələnən müəllimlər belə bir adın sahibi ola bilirlər.
Bu ad onları ucaltdığı kimi, onlar da müəllim adını müqəddəs tutur, onun nüfuzunu yüksəldir və ona maraq və məhəbbəti artırır . Bu məhəbbəti uğurları ilə qazanmış Tovuz elinin savadlı, dünyagörüşlü, nümunəvi müəllimi Novruzova Rita Nəbi qızını daha yaxından tanıyaq.
Tovuz rayonunun gözəl təbiəti, zəngin sərvəti vardır. Ən qiymətli sərvəti isə onun əməksevər insanlarıdır.Qədim Oğuz elində ziyalı ailəsində dünyaya göz açan Novruzova Rita Nəbi qızı cəmiyyətə,el obasına orta təhsilini başa vurub 1978 ci ildə Gəncə Dövlət Pedaqoji institutunun tarix fakültəsini bitirmişdir.Təyinatla 1978-1979 cu ildə doğma rayonlarına 8 illik məktəbə müəllim peşəsini müvəffəqiyyətlə Tarix fənlərinin tədrisinə başlayır.Daha sonra özünün məzun olduğu Böyük Qışlaq kənd məktəbində tədrisini davam etdirir.1980 ci ildə ailə həyatı quran Rita Nəbi qızı rayonun Çatax kənd məktəbində tarix coğrafiya müəllimi kimi fəaliyyətini davam etdirir.Təhsildə tədris və tərbiyədə daim müasir metodları, kreativ yanaşmanı təbliğ edən Rita müəllimə Səbail rayonu T.Məmmədov adına 239 saylı orta məktəbdə də məhz keyfiyyəti ilə seçilir.1994 cü ildən təhsildə yeni meyllərin formalaşdığı ilk dönəmdən həyatını bu seçilən məktəbdə davam etdirən Rita müəllimə istər peşəkarlığı, sevimliliyi ilə seçilir.Bakı şəhər Baş təhsil idarəsinin təşkilatçılığı ilə keçirilən”İlin ən yaxşı müəllimi” müsabiqədə 1997 ci ildə iştirak edərək yarışmanın 1 ki turunda qalib olur.1997,1998,1999 cu illərdə 3 dəfə Bakı şəhəri üzrə 1 ci dərəcəli diplomla təltif olunub.
DİM-DƏ EKSPERT müəllim kimi iştirak edib 6-sinif Az tarixi,6 sinif Umumi tarix test kitablarının müəllifıərindən biridir.2007 DİM-də Bunkerdə iştirak edib .2018-ci ildən -marker .
7-ci sinif Umi tarix test kitabının,8 -ci SİNİF Az.yarixi test kitabında müəllif,Umumi tarix 8 -ci sinif TEST kitabında rəyçi. ,11 -sinif Az.tarixi test kitabının rəyçisi.
239 tarix metod birləşmə rəhbəri . Olimpiadalarda şagirdləri yüksək nəticə göstəriblər
2007 ci ildə Təhsil problemləri mövzusunda məqalələr dərc olunub
2007 ci ildə Kanistitusiya Məhkəməsində İcra Hakimiyyətinin xətti ilə iştirak edib 2 ci yerə çıxmışdır
Bir dəfə 2 ci yeri tutmuşdur.2010 cu ildə qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir.7 il Heydər Əliyev və ordu quruculuğu sahəsində mühazirələri və çıxışları olmuşdur. 2012 ci ildə ENO xətti ilə Türkiyədə məktəbi kollektivlə birlikdə təmsil etmişdir. 2011 ci ildə MİMİO proqramla müsabiqə dərsi Nazirlik tərəfindən yüksək qiymətləndirilmişdir.2018 ki ildə POMETAMİ Lövhə ilə Elektron variantda müsabiqədə ən yüksək nominasiyaya laiq görülüb
2024 cü ildə dekabr ayının 25 də keçirilən Qadınların Forumunda iştirak edib
Rita Nəbi qızının uğurları çoxdur. “İlin ən yaxşı müəllimi “müsabiqəsinin qalibi Sertifikatı
Kompüter kurslarını əla nəticə ilə bitirdiyi üçün Sertifikat
Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi mövzusunda elmi təcrübə konfransında sertifikatla təltif olunub.
Tariximiz,dünənimiz,bu günümüz,və gələcəyimizdir mövzusunda müsabiqənin ən yaxşı açıq dərs nominasiyası üzrə 2 ci dərəcəli diplom təqdim olunmuşdur.
Elm təhsil “Həyat qəzeti”redaksiyası tərəfindən Fəxri fərmanla təltif olunub. Bakı şəhər Baş təhsil idarəsi tərəfindən Fəxri fərmanlarla, Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilib.
Dövri mətbuatda müntəzəm olaraq təhsillə bağlı kütləvi nəşrlərlə müxtəlif illərdə çıxış edib
“Heydər Əliyev və Azərbaycan “,”Xalqın Xilaskarı “,”Unudulmaz Dahi “,”Əməlləri ilə Yaşayan Dahi “,”Test şagird biliyini çevikləşdirir”,”Yeni təlim metodlarından istifadə uğurlu gələk deməkdir ” kimi maraqlı məqalələri bu mənada daha aktualdır.Tədrisdə müasir dərs metodlarına müsbət yanaşan Rita müəllimə MİMİO Proqramı ilə təhsil aparır. Onun uzun illərə söykənən fəaliyyəti zəngin təcrübəsi, sevgi və qayğı ilə əhatələnmiş həyatında bundan sonra da uğurlara imza atacaqdır.
Elə buna görədir ki, Tələbə qəbulu üzrə Dövlət komitəsi tərəfindən ən yaxşı pedaqoqlar sırasına daxil olmuş,2007 ci ildə qəbul komissiyasında çalışan müəllimlərin sırasında olmuşdur.O həmçinin 2005 ci ildə işıq üzü görən 6 cı sinif Qədim Dünya 2009 cu ildə 7 ci sinif Orta Əsrlər tarixinin test toplularının müəllifidir.

Müəllimin peşəkar fəaliyyəti mürəkkəb, çoxcəhətli, problemlərlə zəngin, onların həlli isə zehni gərginlik, qüvvə, bacarıq, axtarış və daim yeniləşmə tələb edən fəaliyyətdir.
son illər təhsilimizdə baş verən yeniliklər, sürətli
inkişaf tendensiyaları, dünyanın qabaqcıl ölkələrinin yaxşı təcrübəsinin pedaqoji prosesə gətirilməsi müəllimin bu yeniliklərlə ayaqlaşa bilməsini sürətləndirir. Hazırda müəllimdən öz fənnini təkcə yaxşı bilib – öyrətmək deyil, həm də pedaqoji prosesə yaradıcılıqla yanaşmaq, novator olmaq, yeniliklərlə işləyə bilmək,
təhsilalanların təfəkkürünü inkişaf etdirmək, onları bir şəxsiyyət kimi formalaşdıra bilmək və s. tələb olunur. Müəllim uşaqları təkcə biliklərlə silahlandırmaq deyil, həmdə onları bacarıqlara yiyələndirməli və inkişaf etdirilməli Vətənpərvər gənclər yetişdirməlidir. Vətənpərvərlik hər bir kəsin qanında, ruhunda, qəlbində olan, onu Vətəninə, xalqına, dilinə, dininə, milli mənsubiyyətinə, adət-ənənəsinə,
soy-kökünə, milli dəyərlərə bağlayan ali hissdir. Müəllimdə bu hiss güclü olmalı və şagirdləri də bu ruhda tərbiyə etməlidir.Müəllimlik mürəkkəb və çətin sənətdir bu yolda sizə uğurlar,bol nailiyyətlər arzulayırıq.

AMİDTV.AZ

Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir