Füsünkar təbiətə malik ölkəmizin ekologiyasına deyil, dünyanın ekoloji mənzərəsinə nəzər salan ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının biologia elmləri doktoru, professor Reyhan İbrahimova

0

Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq,
bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
Sivilizasiyanın indiki səviyyəsi əhalinin ekoloji tərbiyəsini formalaşdırmağı tələb
edir. Ekoloji təşkilatlar həyəcan təbii çalsa da, insan əməyinin istismar səviyyəsi
artmaqda davam edir.
Elmin-texnikanın sürətli inkişafı insanlarda təbiətə də münasibəti dəyişməyi
tələb edir, məhz buna görə gənc nəslin dünyagörüşünü formalaşdırmaq, onlarda
təbiətə, təbii sərvətlərə məhəbbət hissi yaratmaq cəmiyyətin aparıcı qüvvələrinin əsas
vəzifəsinə çevrilməlidir.
Gənc mütəxəssislərin təbiətə
münasibətini formalaşdırmaq, ekoloji təhsilini artırmaq təhsil müəssisələri qarşısında aktuallığı ilə seçilir
Əhalinin artım dinamikası, artan tələbatı, təbiətdən istifadə coğrafiyasının
genişlənməsi şəraitində nəinki təbii resurslara qənaət tələb edir, həmçinin yeni
alternativ resurs bazasının yaradılmasını, ondan səmərəli istifadəni önə çəkir.
Respublikamıszda sürətli, dinamik inkişaf əməyə, təbiətə münasibəti
dəyişdirmiş, davamlı inkişafın təməlini qoymuşdur .Dövlətimizin qəbul etdiyi
bu proqram ölkədə indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək, mövcud
ekosistemlərin iqtisadi potensialın qorunması və təbii resurslardan səmərəli istifadə
etmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
Cəmiyyətin təbiətə, coğrafi mühitə təsiri durmadan artır. Unutmaq olmaz ki,
coğrafi mühit böyük təbii məhsuldar qüvvələrə malikdir və bu qüvvələri öyrənmək
təbiətdən səmərəli istifadə etmək üçün olduqca vacibdir. Təbii məhsuldar qüvvələrə
təbii resurslar və mənimsəmənin təbii şəraiti aiddir. Təbii resurslar planetimizin
insanlar tərəfindən mənimsənilə bilən ayrı-ayrı xarici təbəqələrinin komponentləridir. İnsan dünyada bu günə kimi mövcud olan yeganə varlıqdır ki, daima təbiətlə münaqişə aparmış və aparır. Belə insanlardan biri dəyərli ziyallımız ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının biologia elmləri doktoru, professor Reyhan İbrahimovanı gəlin daha yaxından tanıyaq.
İbrahimova Reyhan Şöhlət qızı, 12 iyul 1954-cü ildə Bakı şəhərində anadan olub 1961-ci ildə Yasamal rayonu, 172 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur, 1971-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir
1972-ci ildə Azərbaycan Dövlət Universitetinin “Biologiya” fakultəsinə daxil olmuş, 1978-ci ildə bitirmişdir
1974-cü ilin oktyabr ayında ARETN Zoologiya İnstitutunun Helmintologiya laboratoriyasında əvvəlcə laborant, 1991-1994-cü illərdə isə kiçik elmi işçi vəzifəsində çalışmışdır
1994-cü ildə “Azərbaycanda ev pişiklərinin (Felis catus domestica) helmint faunası və onun ekoloji, epidemioloji, epizootoloji cəhətdən xarakterizə edilməsi” mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir
1994-cü ildən attestasiyanın nəticələrinə əsasən həmin laboratoriyada böyük elmi işçi vəzifəsinə keçirilmişdir
2018-ci ildə həmin laboratoriyada müsabiqə yolu ilə aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. 2019-cu il ARETN Biologiya və Tibb Elmləri Bölməsinin 2 №-li 22 aprel 2019-cu il tarixli protokolun çıxarışına əsasən 16 dərəcəli aparıcı elmi işçi vəzifəsinə təsdiq olunmuşdur
2021-ci ildə dossent elmi adını almışdır
İnstitutda işlədiyim dövrdə 17 elmi-tədqiqat və 4 təsərrüfat müqaviləli mövzularının icraçısı olmuşdur.
Bu müddət ərzində 65 elmi məqalə 4 kitabı(respublika və xarici ölkədə azərbaycan, rus dilində) çapdan çıxmışdır. 2 kitab isə hazırda çapdadır.
Laboratoriya mövzusunun icraçısı olmaqla bərabər, “Azərbaycanda əhli itkimilər (Canidae), pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqlıqların GİS xəritələşdirilməsi və mübarizə tədbirlərinin hazırlanması” mövzusunda doktorluq dissertasiya işini müdafiə edərək 2024-cü ilin oktyabrında biologia elmləri doktoru diplomunu almışdır
Özbəkistan Respublikası və Turan Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə Professor diplomu elmi adını almışdır

Hal-hazırda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında onurğalı hevanların invazion xəstəliklərinin epizootoloji vəziyyətinin qiymətləndirilməsi” layihəsinin icraçısıdir.
Mütəmadi olaraq müxtəlif namizədlik dissertasiya işlərinin rəyçisi və rəsmi opponenti olmuşdur Elmi fəaliyyəti ilə yanaşı R.İbrahimova 1994-2022-ci illərdə “Parazitologiya” şöbəsinin, ümuminstitut və institutun nəzdində fəaliyyət göstərən D.01.071 dissertasiya seminarının elmi katibi, hazırda FD 1.09 indeksli dissertasiya müdafiə şurasının üzvüdür
İnstitutun Elmi Şurasının üzvüdür
Azərbaycan Zooloqlar Cəmiyyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
19 müxtəlif ölkələrin nüfuzlu elmi konfranslarında məqalələrlə çıxış edib
“The role of domestic carnivores in the formation of parasitic foci in the territory of Azerbaijan “ adlı məqaləsi IX Dünya Beynəlxalq Konfransda I yeri tutmuşdur.
“Azərbaycan faunasının taksonometrik spektri” adlı kitabın Helmintologiya bölməsinin (2022-ci il II Cild) müəlliflərindən biridir
2018-ci ildə tərəfimdən çap olunmuş elmi əsərləri xarici ölkə alimləri tərəfindən qiymətləndirilmiş və o, ABŞ-ın New York şəhərində fəaliyyət göstərən “ American of Zooloji” jurnalın redaksiya heyətinə üzv seçilmişdir. Hazırda ABŞ-ın Nyu York və Malaziyanın Kuala-Lumpur elmi-tədqiqat institutlarının əməkdaşları ilə elmi əlaqələr yaradır
2020-ci ildə hazırlanmış “ Azərbaycanda ev heyvanlarının başlıca helmintozları, yayılmasının bioekoloji xüsusiyyətləri və onlara qarşı mübarizə tədbirləri” adlı tövsiyyələr respublikanın uyğun yerlərində tətbiq olunur.
R.İbrahimovanın elmi və ictimai fəaliyyəti İnstitutun rəhbərliyi və müxtəlif nüfuzlu təşkilatlar tərəfindən qiymətləndirilərək: ARETN-nın “Fəxri fərman”ı; Biologiya və Tibb Elmləri Bölməsi Zoologiya İnstitutunun “Fəxri fərmanı”;
“Azərbaycan Respublikası Qadınlar Cəmiyyətinin” Fəxri diplomu ilə
təltif olunmuşdur.
“Yaşama ilham verən 100 Qadın VIP” layihəsi tərəfindən mükafata layiq görülmüşdür;
Media Araşdırması Mərkəzi tərəfindən “Şərəfli ömür yolu” mükafatı laureatıdır. Ailəlidir – 2 qızı 6 nəvəsi vardır.
“Azərbaycanda əhli itkimilər (canidae) və pişikkimilərin (felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqlıqların gis xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” mövzusunda elmlər doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.Aparılan tədqiqat işləri bioekoloji xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən 4 təbii vilayəti əhatə edir (Böyük Qafqaz, Kiçik Qafqaz, Kür dağarası çökəkliyi və Lənkəran təbii vilayəti). Yaxın rayonlar üzrə yayılmış helmintlərin yoluxma ekstensivliyi və intensivliyi bir-birinə yaxın olsa da, böyük vilayətlər üzrə helmintlərin yayılması kəskin fərqli olur. Bu məqsədlə, helmintlərin müxtəlif təbii vilayətlər üzrə əhli itkimi və pişikkimilər arasında fərqli yayılması, fərqlərin və oxşar cəhətlərin yaranmasının səbəbləri müqayisəli təhlil edilmiş, ərazilərdə helmintlərin yayılmasının müqayisəli təhlili zamanı fərqlərin yaranması və oxşar cəhətlərin meydana çıxmasının səbəbləri müəyyən edilmişdir. R. İbrahimova qeyd edib ki, bu, ilk növbədə, ərazilərin bioekoloji xüsusiyyətlərindən – heyvanların sıxlığı, onların qidasını təşkil edən aralıq sahiblərinin ərazilərdə yayılması, parazit-sahib münasibətindən, helmintlərin yumurta və sürfələrinin inkişaf edib invazion hala çatması üçün lazım olan ekoloji amillər, digər tərəfdən də sosial, urbanizasiya və bəzi yerlərdə antropogen amillərin landşaftların strukturuna təsir formalarından asılıdır əhli itkimilər və pişikkimilər, helmintlər. Əhli itkimi və pişikkimilərin başlıca helmintoz törədiciləri, onların yaratdıqları parazitar ocaqlar, GİS xəritəsinin tərtibi,exinokokkoz törədicisinin yayılmasının qarşısının riyazi üsulla alınması və digər təhlükəli helmintlərə qarşı profilaktik mübarizə tədbirlərinin hazırlanması.Аzərbаycаnda əhli itkimi və pişikkimilərin helmint faunanın tərkibinə daxil olan başlıca helmintoz törədicilərini və onların yaratdıqları parazitar ocaqları müəyyən etmək, yaranmış parazitar ocaqların GİS xəritəsini tərtib etmək, insan və ev heyvanları üçün təhlükəli olan helmintlərin epizootoloji, epidemioloji əhəmiyyətini planlı və tam kompleks şəkildə müəyyən edib ,onlara qarşı profilaktik mübarizə tədbirlərini hazırlamalıdır bu yolda sizə uğurlar nailiyyətlər arzulayırıq.Biz təkcə mövcud ekoloji problemləri həlli yollarını deyil, gələcəkdə mövcud olacaq ekoloji problemlərin həllini düşünməliyik. Bu məqsədlə ekoloji təfəkkürə malik, ekoloji məsuliyyətli, əhatəli ekoloji təhsil və tərbiyə almış, ən əsası ana təbiəti sevən vətəndaşlar yetişdirməliyik. Biz qoca dünyanın bir parçası olan müstəqil Azərbaycan Respublikasının vətəndaşları olaraq, təkcə füsunkar təbiətə malik ölkəmizin ekologiyasına deyil, dünyanın ekoloji mənzərəsinə nəzər salmalı və bu sahədə üzərimizə düşən bəşəri vəzifələri yerinə yetirməliyik.

AMİDTV.AZ

Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir