Yaradıcı insanların həyatında, milli-mənəvi-əxlaqi dəyərlərimizin qorunmasında, dilimizin inkişafında, Azərbaycanın mədəni imicinin formalaşmasında  ölçüyəgəlməz dərəcədə böyük rolu və xidmətləri olan Məhəbbət Mehdiyeva

0

Azərbaycanda müasir dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşması, köklü siyasi və iqtisadi islahatların həyata keçirilməsi, respublikamızın dünyada etibarlı tərəfdaş kimi tanınması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin həyat və fəaliyyətinin, onun dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliğində Məhəbbət Mehdiyevanın  rolu əvəzsizdir .Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru  Məhəbbət Mehdiyeva Heydər Əliyev Mərkəzinin fəaliyyət mexanizmindən, keçirilən tədbirlərin əhəmiyyətindən, Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqi barədə məruzələrlə  çıxış edib.Həyatımızın bütün sahələrində olduğu kimi zəngin milli mədəniyyətimizin uğurlarında, yaradıcı insanların həyatında, milli-mənəvi-əxlaqi dəyərlərimizin qorunmasında, dilimizin inkişafında, Azərbaycanın mədəni imicinin formalaşmasında  ölçüyəgəlməz dərəcədə böyük rolu və xidmətləri olmuşdur Məhəbbət Mehdiyevanın.

Ömür elə bir nemətdir ki, hamıya verilir – kiminə çox, kiminə az. İllər insanlara ömür vermir, insanın özü illərə ömür verir. Özünün bütün həyat və fəaliyyəti, varlığı ilə illərə işıqlı ömür verən, xalqın mənəviyyatını zənginləşdirən, milli mədəniyyətimizin hərtərəfli inkişafını ən ümdə vəzifəsi sayan filoloq, tərcüməçi, muzeyşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru  Məhəbbət Mehdiyevanı daha yaxından tanıyaq.
Məhəbbət İsa qızı Mehdiyeva 1945-ci ildə Naxçıvan şəhərində ziyallı ailəsində anadan olmuş, 1963-cü ildə Naxçıvan şəhər 3-li onbirillik orta məktəbini bitirmişdir. 1963-64-cü illərdə yeni açılan Naxçıvan televiziya verilişləri komitəsində diktor vəzifəsində çalışmış, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsinin rus bölməsinə daxil olmuş və 1969-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1970–ci ildən Azərbaycan EA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, 1984-cü ildən elmi-kütləvi işlər şöbəsinin müdiri, 1993-cü ildən 2004-cü ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
Bu illər ərzində namizədlik dissertasiyası müdafiə etmiş, monoqrafiya, 70-dən çox məqalə və bukletlər dərc etdirmiş, 60-dan artıq kitab və bukletin elmi redaktoru və tərtibçisi olmuş, yüzlərlə elmi-tədqiqat əsərlərini Azərbaycan dilindən rus dilinə tərcümə etmişdir.
2005–ci ildən Heydər Əliyev Fondunda və 2012-ci ildən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin tədqiqi və təbliği” departamentinin direktoru vəzifəsində çalışıb.
Bakıda və rayonlarda bir sıra ədəbiyyat, o cümlədən Gəncə şəhərində Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Azərbaycan Xalq Cühuriyyətinin tarixini əks etdirən muzeylərin, Bakının Qala qəsəbəsində “Əntiq əşyalar” muzeyinin, Milli Təhlükəsizlik Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının tarixini əks etdirən muzeyin, MTN-nin Akademiyasında “Şərəf” muzeyinin, Quba şəhərində “Quba soyqırımı” muzeyinin (müştərək), Ceyhanda, Qarsda (Türkiyə), Daşkənddə (Özbəkistan), Buxarestdə (Rumıniya), Azərbaycanın bir çox rayon və şəhərlərində Heydər Əliyevin həyat-fəaliyyətini əks etdirən muzey və mərkəzlərin mövzu-ekspozisiya planlarının müəllifi, tərtibçisi, redaktoru olmuşdur. AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, Heydər Əliyev Fondunda və Heydər Əliyev Mərkəzində işlədiyi müddətlərdə bir çox dövlət, elm, ədəbiyyat, incəsənət xadimləri ilə izahatlar aparmışdır.
Məşhur Azərbaycan müğənnisi, Azərbaycan SSR Əməkdar Artisti İdris Mehdiyevin həyat yoldaşı olub (1965-2015). İki qızı, 4 nəvəsi vardır.
Filoloq, tərcüməçi, muzeyşünas, filologiya elmləri üzrə fəlsəfə doktoru (1980),
Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi (1989),
 “Əməkdar İncəsənət xadimi” fəxri adı — (27 may 2018)
 “Tərəqqi” medalı— (10 may 2014-cü il)
Kitabları:
1.İ.A.Krılov və Azərbaycan ədəbiyyatı. Biblioqrafik göstərici. Bakı: EA FK nəşriyyatı, 1979.
İ.A.Krılov və Azərbaycan ədəbiyyatı. Monoqrafiya. Bakı: Elm, 1984.
Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyi qonaqların gözü ilə. Kitab-albom. Tərtibçi-həmmüəllif. Ön söz. Bakı: Vətən, 1996.
Nizami Gəncəvi. Buklet-albom. Tərtibçi-həmmüəllif. Ön söz. Türkiyə: Qismət, 1996.
Məhəmməd Füzuli. Buklet-bələdçi. Tərtibçi və rus dilinə tərcümə. Ön söz R. Hüseynov. Bakı: Mars-print, 2001.
İraq bizə iraq deyil. Tərtibçi. Bakı: Art, 2002.
Bakının ədəbiyyat muzeyləri. Tərtibçi, ön söz, rus dilinə tərcümə. Red. İ. İsrafilov. Bakı, 2002.
Elmi məqalələri:
redaktə
Abbas Səhhət – tərcüməçi. “Bakı”, 1974, 9 dekabr.
İlk tərcümə (A.Bakıxanovun İ.A.Krılovdan tərcüməsi). “Elm və həyat”, 1978, № 4.
İ.A.Krılov Azərbaycan sovet tənqidi və ədəbiyyatşünaslığında. Azərbaycan Dövlət Universitetinin Elmi Əsərləri (Dil və ədəbiyyat seriyası), Bakı, 1978, № 2.
İ.A.Krılov Azərbaycanın inqilabdan əvvəlki mətbuatında. Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərəri, 1978, № 4.
İlk Azərbaycan sovet dərsliklərində İ.A.Krılovun təmsillərinin rolu. “Azərbaycan dili və ədəbiyyatı tədrisi”. 1979, № 1.
Ничего не теряя…. “Литературный Азербайджан”, 1979, № 7.
Неутомимый певец народного искусства. “Вышка”, 1981, 12 марта.
Журнал, думающий о судьбе народа (К 75-летнему юбилею журнала «Молла Насреддин»). “Бакинский рабочий”, 1981, 12 мая.
Дружба наров- дружба литератур. “Вышка”, 1983, 27 февраля.
Daim canlı qaynaqlar. “Bakı”, 1983, 27 yanvar.
Есть в музее уголок… “Бакинский рабочий,” 1984, 18 октября.
Muzeyin rəy kitablarından. Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərləri, 1987, № 5.
Ürəyin tükənməyən səsi. Bakı, 1987, 16 oktyabr.
Подарим сердцам любовь. “Вышка”, 1989, 14 октября.
Dünya şöhrətli şair /R.Rzanın 80 illik yubileyinə/. Nizami Muzeyinin elmi sessiyasının materialları, 1990, oktyabr.
Muzey Azərbaycan ədəbiyyatının təbliğatçısı kimi. “Rus dili və ədəbiyyatı Azərbaycan məktəbində”, 1991, № 9-10.
Qurunun oduna qoy yanmasın yaş. “Səs”, 1992, sentyabr.
Söz sənətinin məbədi. “Sirdaş”, 1993, mart.
Nizami Muzeyinn elmi-kütləvi fəaliyyəti haqqında. Nizami Muzeyinin əsərləri, 1994, VI cild.
A.Bakıxanov – tərcüməçi. Bakıxanov – 200. Respublika konfransının tezisləri. Bakı, 1995.
Muzey və məktəb. Respublika muzeyşünaslar konfransının tezisləri. Bakı, 1995.
Mədəniyyət III minilliyin astanasında. Respublika elmi-praktik konfransın tezisləri. Bakı, 1996.
Azərbaycan ədəbiyyatı muzeyi. İnkişaf və Beynəlxalq əməkdaşlıq problemlərinin strateji tədqiqatlar mərkəzinin həftəlik jurnalı (rus və ingilis dillərində). 1996, 14 avqust, №31.
Ədəbiyyatımıza həsr olunmuş ömür. “Ədəbiyyat” qəzeti, 1997, 14 fevral.
Еще одно проявление любви к поэту. Физули – 500. “Вестник”, 1996, 15 ноября.
Muzey Azərbaycan ədəbiyyatının təbliğatçısı kimi. Azərbaycan SSR EA Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərləri, 1997, VII cild.
Xaqani yaradıcılığının tədrisində Nizami muzeyinin rolu. “Xaqani” elmi-praktiki konfransın tezisləri, 1997.
Muzeyin yeni kitabları.” Panorama”, 1997, 13 yanvar.
Elmə bağışlanmış ömur. “Bakı”, 1998, 13 fevral.
Nizami muzeyinin tarixindən. 525-ci qəzet, 1998, 26 sentyabr.
Ədəbiyyat muzeyi qayğı umur. Millət, 1998, 12 noyabr.
Məndə isə biri var idi, biri yox. “Oxu məni”, 4 may 1999.
Bizim Bəkir müəllim. Akademik Bəkir Nəbiyev. “Soraq kitabçası”. Bakı: Azərbaycan Ensiklopediyası, 1999.
E.Qurbanovanın “Muzeydə elmi-tədqiqat işinin təşkili və metodikası” kitabı haqqında. Bakı, 1999.
Acı xəbər (Professor Arif Hacıyev). “Ədəbiyyat” qəzeti, 2000, 5 may.
Milli ədəbiyyatımızı sevdirənlər. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri” VIII cild, Bakı, 2000.
“Ata-babaların məğrur odu sönməyib”… Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, VIII cild, Bakı, 2000.
Abbas Səhhətin romantik sənətkar kimi formalaşmasında bədii tərcümənin rolu. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, IX cild, Bakı, 2001.
Heydər Əliyev və Azərbaycanda muzey işi. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, X cild, Bakı: Şərq-Qərb, 2001.
Dünya şöhrətli şair. (R.Rza). Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat muzeyinin “Elmi əsərləri”, XI cild, Bakı: Mars-Print, 2002.
Azərbaycan mədəniyyəti yüksək səviyyədədir. “Ədalət və həqiqət”, 2003, 27 mart.
Nizami muzeyi… Problemlər, perspektivlər. “Ayna”, 2003, 28 mart.
Heydər Əliyev və Azərbaycanda muzey işi. “Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq” kitabında. Bakı:Elm, 2003, 287 s.
Naxçıvan Muxtar Respublikasında ədəbiyyat təmayüllü muzeylərin yaradılmasında Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin rolu. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin əsərləri, Bakı, 2003, XII cild.
Bizim səsimiz. “Şərqin səsi”, 2007, mart, №4.
Летопись великой жизни. Интервью газете «Азербайджанские известия», 12 декабря 2008.
Təvazökar alim. “Ömür səhifələri –Elman Quliyev” kitabında. Bakı :Apostroff, 2013.
Arif müəllimi düşünərkən. Arif Hacıyev-80 – kitabında. Bakı:Elm və təhsil, 2015.
Redaktorluq və tərtibat işi:
İsrafilov İsrafil. Azərbaycanın elm və mədəniyyət xadimləri. Əliağa Vahid Biblioqrafik göstərici. Bakı: Azərbaycan Ensiklopediyası, 1997.
İsrafilov İsrafil. Qədimliyimiz, diriliyimiz. Elmi toplu. Ön söz və redaktə. Bakı:Günəş, 1999.
Керамова Шовкет. Изучение творчества азербайджанских писателей. Баку:Элм, 2000.
İsrafilov İsrafil. Adil İsgəndərovun teatrı. Bakı: Mars-Print, 2001.
İsrafilov İsrafil. Düşündüklərim. Bakı: Mars-Print, 2000.
İsrafilov İsrafil. Mehdi Məmmədovun rejissorluq sənəti. Bakı: Mars-Print, 2002.
Nəbioğlu Alim. Vüqar Əhmədin söz dünyası. Bakı: El-Alliançe, 2003.
Nəbioğlu Sabir. Əsrin övladı. Bakı, 2004.
Fərhadov Rauf. Vaqif Mustafazadə. Bakı: Heydər Əliyev Fondunun nəşri, 2012.
Heydər Əliyev. Kitab-Albom. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2013.
Əmirov Cəmil. Fikrət Əmirov. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2013.
Мирза Шафи Вазех. Лирика. Баку, Издание Фонда Гейдара Алиева, 2014.
Мирза Шафи в русских переводах. Баку, Издание Фонда Гейдара Алиева. 2015.
Akif Bayram. Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2015.
Mirzə Şəfi Vazeh. Nəğmələr. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2015.
Mirzə Şəfi Vazehin ədəbi irsi. Bakı: Heydər Əliyev Fondunun nəşri, 2015.
Toğrul Nərimanbəyov. İstanbul: Heydər Əliyev Fondunun nəşri, 2015.
Azərbaycan kulinariyası. Lavur: Heydər Əliyev Fondunun nəşri, 2017.
Ələkbərova Əzizə. Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində. “Əkinçi” qəzetinin 145-illiyinə ithaf olunur. Bakı:Mütərcim, 2020.
Xocalı şəhidləri-613. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2020.
Xocalıya ədalət. Bakı, Heydər Əliyev Fondunun nəşri, 2021.
Əhmədova Əminə.Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün. Bakı, 2021.

Azərbaycan gömrüyü. Dünən, bu gün, sabah. Bakı, Azərbaycan Respublukası Dövlət Gömrük Komitəsi, 2022.
Ana yurdum. Şeir. Ədəbi incilər jurnalı, 2024, nömrə 2.
Sənin məktubların. Şeir. Ədəbi incilər jurnalı, 2024, nömrə 6.
Heydər Əliyev və Hüseyn Cavid. Məqalə. Ədəbi  incilər jurnalı, 2024, nömrə 7.
Milli ideyanın həyata keçirilməsi zərurətinin toplum tərəfindən qəbul edilməsi, azərbaycançılıq, multikulturalizm, hüquqi təminat, fərdi maraqlarla milli maraqların müstəqil dövlətçiliyə xidmət müstəvisində düzgün nisbətinin müəyyən edilməsi fonunda xidmətlərinizə görə təşəkkür edib, gələcək işlərinizdə uğurlar,nailiyyətlər arzulayırıq .

AMİDTV.AZ

Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir