Mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə Azərbaycanda, yüksək ehtiram sahibi olan Səlimova Aytən Tariyel qızı

Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə Azərbaycanda, yüksək ehtiram sahibi olan Səlimova Aytən Tariyel qizi tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir.Çoxkonfessiyalı və çoxmillətli ölkəmizdə bütün etnosiyası və etnokonfessio münasibətlərin əsasında multikulturalizm dayanır. Albanşünaslığın bir çox problemli məsələləri hələ də dərindən araşdırılmalıdır. Onların araşdırılması arxeologiya, antropologiya, tarix, mənbəşünaslıq, etnologiya, epiqrafika, linqvistika, numizmatika, memarlıq sahələrində tədqiqatların davam etməsinin sayəsində mümkün olacaq.
Ümummilli Lider Heydər Əliyevin başçılığı ilə ölkənin ziyalı elitasının – görkəmli alimlər, memarlar, heykəltəraşlar, bəstəkarlar, musiqiçilər, rəssamlar, şairlər, xanəndələrin Azərbaycan dövlətçiliyinin qüdrətli bünövrəsində ən zəngin elmi-texniki, sosial, humanitar və mədəni irsin təməl daşını qoyduğu XXI əsrin əvvəllərində Azərbaycanın görkəmli şəxsiyyətləri dövrünün dahi nümayəndələrinin rolu olduqca böyükdür
Qarabağın erməni işğalçılarından azad edilməsi həm yerli, həm də xarici alimlərə bu bölgəyə səfər etmək , müsəlman memarlığının saxlanılan abidələrini və Alban xristian kilsələrini araşdırmaq üçün yeni perspektivli imkanlar verir.
Qafqaz Albaniyasının memarlıq abidələri üzrə araşdırmalar aparan Səlimova Aytən Tariyel qızının fikrincə, bu abidələr bir çox xarakterik elementlərinə, xüsusiyyətlərinə və memarlıq-planlaşdırılma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir. İşğalçılıq müharibəsi yolu ilə xalqımızın torpaqlarını ələ keçirən erməni şovinistləri təcavüzkarlıq əməllərinə haqq qazandırmaq məqsədilə beynəlxalq konvensiyaları pozaraq tarix və mədəniyyət abidələrimizin məhv edilməsinə cəhd göstərmişdir
Arxeoloqlar, tarixçilər, memarlar, sənətşünaslar və digər alimlərin elmi fəaliyyəti üçün geniş sahə yaradıb. Bu sahədə geniş fəaliyyət göstərən ,adını tarixin qızıl lövhələrinə həkk edən dəyərli Səlimova Aytən Tariyel qızını daha yaxından tanıyaq.
Səlimova Aytən Tariyel qızı, 1967-ci ildə Baki şəhərində anadan olmuşdur. 1974-cü ildə 134 saylı orta məktəbə getmiş, 1978-ci ildə 160 saylı məktəbə keçirilmiş və 1984-cü ildə həmin məktəbi bitirmişdir
1984-1989 -cu ildə Azerbaycan Memarlıq ve Insaat Universitetinin Memarlıq fakultəsini bitirmişdir
sentyabr 1989 – noyabr.1990″ Cənubaqrarsənaye ” layihə İnstitutu, memar
Dekabr 1990 – yanvar 1998 “Memarlıq konstruksiyaları” kafedrası, AzMİU, Baş laborant
1992-1996 -cı ildə”Nəzəriyyə, tarix və bərpa” ixtisası üzrə aspirantura təhsilini davam etdirib
Fevral 1998 – oktyabr 1999 “Memarliq kompozisiya və Dizaynın əsasları” kafedrası. AzMİU, assistent
1998-ci ildə “Qafqaz Albaniyası dini memarlığının yaradıcılıq kökləri” mövzusuna dair dissertasiya işinin müdafiəsini edib elmi dərəcəyə yüksəlmişdir
Oktyabr 1999 – yanvar 2002″Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrası, AzMİU, baş müəllim
Yanvar 2002 – bu gunə kimi”Memarlıq layihələndirilməsi və şəhərsalma” kafedrası, AzMİU, dosent
2005-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür
İyun 2011 – yanvar 2015 ci il -AMEA,«Qafqaz Albaniyasınin memarlıqi və incəsənəti» şöbəsi, baş elmi işci
1 avqust 2020 – bu gunə kimi AzİMETİ (Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu). «Memarlıq və şəhərsalma” şöbəsinin müdiri və 2021 -cı ildə AzİMETİ-nin elmi Şurasinin üzvü, 2025 -cı ildə “Azərbaycanda inşaat və memarlıq” jurnalinin redaksiya heyətinin üzvü
2018-cü ildə Beynəlxalq Memarlıq Akademiyasınin (IAAM). Moskva bölməsi professor, 2024-cü ildə həqiqi üzvü
2022-cı ildə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasınin müxbir üzvü
2021-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (sənətşünaslıq bölməsi)
2025 -cı ildə Ali Attestasiya Komissiyası (AAK) yanında «Sənətşünaslıq və Memarlıq» ekspert şurasının üzvü
Elmi fəaliyyət. Azərbaycan memarlığı və mədəniyyətinə dair 285 elmi nəşr. Onlardan:
Dərs proramları – bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr üçün memarlıq və şəhərsalma ixtisasları üzrə təhsil alan tələbələr üçün dərs proramları “Binalarin və tikintilərin interyeri”, “Kompüter layihələndirilməsi”, “Şəhər Nəqliyyat sistemləri”, “Memarliq regionikasi”, “Statistikaya giriş”
magistr dərəcəsi memarlıq və şəhərsalma ixtisasları üzrə təhsil alan tələbələr üçün “Elmdə və təhsildə kompüter texnologiyaları”, “Şəhərsalma layihələndirilməsi”, “Şəhərsalma regionikasi”, “Şəhərsalma sistemləri”, “Ixtisas elminin müasir problemləri”, “Memarliq və Şəhərsalma nəzəriyyəsi”.
Dərsliklər:
“Kompüter layihələndirilməsi” – memar-tələbələr üçün 4 dərslik;
“Azərbaycanda mülki tikililərin memarlıq üslubu” – memar-tələbələr üçün 2 dərslik (Azərbaycan və Rus dillərində);
“Elmdə və təhsildə kompüter texnologiyaları” memarlıq ixtisası üzrə təhsil alan magistr tələbələr üçün dərslik və laborator praktikum (azərbaycan və Rus dillərində);
“Bankların layihələndirilməsi” – Memarlıq ixtisası üzrə təhsil alan bakalavr pilləsi üçün (azərbaycan, ingilis və rus dillərində); 2018.
“İnzibati binalar və biznes mərkəzləri” – Memarlıq ixtisası üzrə təhsil alan bakalavr pilləsi üçün (azərbaycan, ingilis və rus dillərində); 2024.
Moda evlərin layihələndirilməsi” – Memarlıq ixtisası üzrə təhsil alan bakalavr pilləsi üçün (Azərbaycan, ingilis və rus dillərində); 2025.
Tədris etdiyi fənlər:
kompüter modelləşməsi, memarlıq və şəhərsalma layihələndirilməsi , statistikaya giriş, şəhərsalma sistemləri, şəhər nəqliyyat sistemləri, memarlıq və şəhərsalma regionikası bakalavr pil. üçün, şəhərsalma regionikası magistr pil. ücün, ixtisas elminin müasir problemləri,
FƏRMANLAR VƏ MÜKAFATLAR
2003. Qafqaz Albaniyası mədəniyyətinə həsr edilmiş silsilə elmi məqalələrə dair “Humay – 2003” Milli-İctimai Mükafatı
2020. Qızıl medal – Ən yaxşı vətənpərvər tədqiqat alimi. Avropa nəşriyyat evi
2021. Qafqaz media IB-nin tesis etdiyi Xarı Bül-Bül medalı
2021. 32-ci Beynəlxalq elmi-tədqiqat işlərin müsabiqəsi. Rusiya.
2021. 32-ci Beynəlxalq elmi-tədqiqat işlərin müsabiqəsi. Rusiya. 3-cü dərəcəli diplom
2021. 33-cü Beynəlxalq elmi-tədqiqat işlərin müsabiqəsi. Rusiya.1-cı dərəcəli diplom
2021. XVII Beynəlxalq Elmi-Praktik Konfrans. Rusiya.3-cü dərəcəli diplom
2022. XI-ci Beynəlxalq Tədqiqat Müsabiqəsi. Rusiya. 1-ci dərəcəli laureati
2020. Beynəlxalq baxış müsabiqəsi. МООСАО (Memarlıq təhsilinin təşviqi üzrə beynəlxalq ictimai təşkilat). “Bankların layihələndirilməsi ” metodik vəsaiti – 1-ci dərəcəli diplom
2024. Beynəlxalq baxış müsabiqəsi (МООСАО). Diplomatik nümayəndəliklər üçün bina və komplekslərin layihələndirilməsi” -1-ci dərəcəli diplom
2024. Beynəlxalq baxış müsabiqəsi (МООСАО). “İctimai çoxfunksiyalı binalar” metodik vəsait -1-ci dərəcəli diplom
Səlimova Aytən Tariyel qızının keçdiyi mənalı həyat yolu, gənc memarlara əsl örnəkdir. Bu yolda Səlimova Aytən Tariyel qızı sizə çətin və şərəfli peşənizdə uğurlar arzulayırıq.
AMİDTV.AZ
Aygün Məmmədova