İstedadlı, mənəvi dəyərlərə sahib insanlardan biri olan,çox savadlı və dünya görüşə sahib sənətkarlardan ən dəyərlisi Bagirov Şakir Abas oğlunun 45 yaşı və sənət fəaliyyətinin 25 ili tamam olur.

0

İstedadlı, mənəvi dəyərlərə sahib insanlardan biri olan,çox savadlı və dünya görüşə sahib sənətkarlardan ən dəyərlisi Bagirov Şakir Abas oğlu 1980 ci ildə Quba rayonunda dunyaya göz açmış ,zavmaq ailəsində tərbiyə almışdır .Şakir bəyin  uşaqlıq illərində evlərində Azərbaycan respublikasının tanınmış simaları ilə görüşmüş ,atası  Abas kişi böyük heyranı olduğu Nəsibə Zeynalova , Səməndər Rzayev , Kamal Xudaverdiyev Arif Quliyev kimi tanınmış simalar dəfələrlə onların evinin  qonağı olmuş , illər ötdükcə onda mədəniyyət sahəsinə olduqca həvəs oyanmış orta məktəbi özəl müəlimələrdən  təhsil almıṣ , Quba rayon 3 saylı tam orta məktəbinin məzunu olmuş ,  Atasının xəstəlik keçirdiyi illərdə  hər axṣam Ulu Õndər Heydər Əliyev haqqında olan söhbətlərini dinləyib  qələmə alan Şakir bəy , xatirə dəftərinə qeyd edir . 1996 ci ildə ailəsində böyük itki olur, Şakir atasını itirir , ondan sonra o atasının magazalarında çalışaraq , 1998 ci ildə , əslən Qubalı olan Azərbaycan respublikasının Xalq artisti Zumrud Məmmədova ilə tanış olur , onun dəvəti ilə Bakı şəhərinə dəvət alır  və ilk səs yazma  Fioletoviy adli  studiyada ,  “Cingenem” , və “Neyləyyə billəm “mahnılarını  lentə alır , hələki  heç bir musiqi təhsili olmayan Şakir  Quba rayonunda  ” Qutb tv ” yə dəvət  alır  və 1999 ci ildə çıxışlar edərək tanınmağa, ilk addımlarını atmağa başlayır.
1999 cu ilin yanvar ayından Xırdalan qəsəbə musiqi məktəbinin direktoru olan ailə dostlarından İlham bəydən böyük dəstək alaraq özəl müəlimələr tutulur və təhsil alır , Xalq artisti Natavan Şeyxovadan  məsləhətlər alaraq dərslərinə  davam edir , 1999 ci ildə Quba Bəşir Səfəroglu adına mədəniyyət evində Bayram günlərində kosnsertlərə dəvət alır , 2020 ci ilin fevral ayında , ” Şakir və onun qonaqlari”  adli  böyük konsert proqramı təşkil edərək tanınmağa doğru gedən Şakir , 2020 ci ilin 8 mart gunundən etibarən “Qutb ” tv- nin  aparıcısı kimi öz fəaliyətinə davam edir , illər artıq onu təcubləndirməyə başlayır .Televiziya fəaliyyətində Respublikanin tanunmiş muğennilərini Qubaya dəvẹt edərək  onlarala səmimi münasibət və dostluq münasibətləri qurur .2021 ci ildə Quba Olimpiya kompleksində böyük izdihamlı konsertdə Turkiyənin tanınmış Müğənnilərindən biri olan Rafet el Romanla səhnə alaraq ,  böyük səhnənin izdihamını Rəhim Rəhimli  və  Almaz Ələskərli ilə  böluşur .
Şakir  bəy həm təcublənir  həmdə təcubləndirərək əhalinin böyük sevgisini qazanır , 2022 ci ildən etibarən Valideyn himayəsindən məhrum olmuş uşaqlara yardımını göstərərək onlara böyük qayğı göstərir , həyat yolunda atasından  qalmış vəsiyətləri  davam edir , kimsəsiz , əlil , xəstəlikdən əziyyət çəkən insanlara əl tutaraq , qazancının bir cox miqdarını o insanlara paylaşaraq həyatına davam edir.
Quba haqqında  sənədli  film ərsəyə gətirərərək yaşadığı  və böyüyüb bașa  çatdığı elini obasini  hər zaman  televiziyalarda  təmsil edərək, Quba haqda geniş təsuratlarından danıșaraq sevgisini bildirib , Gəlin 2022 ci ildən 2025 ci illərrə yenidən səyahət edək   Şakir bəyin musiqilərini dinləyək və o illərə göz ataraq tanış olaq . (  kliplərdən təqdimat .)
2023″  Dön gəl “
2024 ” Biliyorum evlisin.
2025 ” Amandı ” .
2028 ” Həsrət nəgməsi ” .
2015 ” Aşk bir vefadır ” .
2017 ” Ürəyim ” .
2018 ” Sevdim “
2020 ” Bu şəhərdən ” .”Xatirla məni “
2021 ” Yalanimiş ” .
2022 ” Qərib Gûnlərim .
2023 ” Mən deyəndə gəl  “
2024 ” Nazlı yarım “
2025 ” Zalım
Illər keçdikcə  dahada insanları tanimağa başlayan , hamıya hörmət göstərən Şakir  Quba rayonunda Reqional televiziyalarda lahiyələr edərək , çalışır ” Xəyal”  televiziyasında 6 verilişin rəhbəri  olur və tanınmış muğənillərlə  verliş apararaq onları Şimal bölgəsində də tanıdir , el şənliklərinə getmək istəməyən Şakir yaxın dostu Fizulinin məcburiyyəti ilə , onun vasitəsi ilə  el şənliklərinə dəvət alir , 2015 ci ilin may ayında cox böyük bir həyat zərbəsi alaraq böyük xəstəlik və dörd əməliyyat keçirir , 1 il sənət yaradıcılığına ara verir. Həmin günləri belə xatırlayır.Şakir bəy Xəstəxana gunlərində   ən boyuk dəstəyi , Türk sənət dunyasının Afraditasi  Banu Alkandan almişdir , demek olar ki sosial şebekede Sibel Can , Derya Tuna , Nukhet duru , Ayla Celik  kimi  senetcilərlə  munasibət quraraq , onlarin sevgisini qazanmışdır, bəstəkar və aranjımançı Arzu Abasova tərəfindən  böyük dəstək görür , türk sənət dünyasının starı Sibel Canin mahnısın ifa edərək  qayıdış edir ,   2017 ci ildən ” Qafqaz Media ” IB in sədri Haci Azadə Taleh Abbas qızının təklifi ilə , böyük xeyriyyə konsertləri təşkil edərək ictimayətdə öz sözünü demeyẹ başlayır ,  ( Xeyriyyə konsertlərinin video çarxları )  Illərlə   məktəbli  uşaqlarımıza Yeni il və Novruz bayrami tədbirləri təşkil edən Şakir  Uşaqlara Vətənpərvərlik mahnılarını  ifa edərək  , onlara Milli adət -ənənələrimizi  qorumalarını , Ulu Ondər Heydər Əliyev siyasəti haqda danışaraq , Vətənpərvərlik mövzusuna toxunaraq tədbirləri təşkil edir , Ramazan bayramlarında iftar süfrəsində  az təminatlı ailələrlə  görüşərək insanların dərdinə ortaq olur , 2020 ci il Pandimeya dövründə , 2500 dən cox ailələrə ərzaq yardımı göstərərək , onların evində olaraq yaşayışlari ilə maraqlanıb dəstək olub.Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin xalqın yanında olmalıyıq sözu ilə  Şakir öz elinin sənətçisi  kimi  onlara qayği göstərərək 2020 ci ilin   mart ayından .- sentyabr ayına kimi  hər gun  evleri,  kəndləri  gəzərək yardım aksiyası keçirir
2020 ci ilin  27 Sentyabr  ayında Ikinci Vətən müharibəsi  başlayanda Şakir bu dəfə də əskərlərə yardımlarını əsirgəmir ,  2020  ci ilin oktyabr ayının sonundan etibarən , Quba Qusar Xacmaz rayonlarının  Şəhid ailərini gəzərək  el ogullarının qəhrəmanları ilə tanış olaraq : Tanıyaq və tanıdaq ” lahiyəsini irəli sürərək öz vəsaiti ilə  filmlər çəkərək ailələrinə təqdim edir .
2021 ci ildə ” Işıgli yol ” adli  kitabını təqdim edir , bir cox yazar  jurnalistləri, tanınmış simaları toplayaraq , təqdimati təqdim edir .
2022 ci ildə mənəvi Anasi Haci Azadə Taleh Abbas qızını itirir  , onun sonuncu vəsiyyəti : Ulu Öndər Heydər Əliyev haqqında yazdığı , ” Gəncliyimizin Õndəri ” kitabının 2022 ci ilin sentyabr ayında böyük təqdimat edərək Şəhid analarını dəvət edərək təqdimat edir .
Quba rayonunda Vətən muharibəsi Şəhidlərinin ailələri ilə səmimiyət quraraq onlarla  Bayram günlərində , Mugəddəs Ramazan ayında Qurani kərim tapşıraraq iftar süfrəsində görűşür , bir coxlarının gözü Şakiri  görmədən keçsədə , ona qadağalar qoysalarda Šakir hamısının öhtəsindən gələrək , həyat yolunda  həyatin çətinliklərinə sinə gələrək  bu  25  ilini yalnız Xalqına və əhalisənə həsr edir , ailəsində isə anasıni  özunə dərt ortaği seçən Ṣakir onunla rahatlıg taparaq öz isti ocağında davam edir.
Sənət yollarının çətin olduğunu bilsə də Şakir Abbasın məqsədi tanımaq deyildi,nəğmələri ilə sevilmək könüllərdə taxt qurmaği arzulayırdı.Cevrilib geri boylananda keçdiyi yolların çətinliyin öhtəsindən gəldinə görə bir qürur qabarır köksündə.Səhnənin işiqilari bele onun səmimiyyətini dəyişə bilmədi.Tamasaci ilə arasında sınmaz,qırılmaz,sarsılmaz bir körpü qura bildi Şakir.Təkce nəğmələri  deyil yardım severliyi,vətənpərvərliyi,mərhəmətidə onu xalqın əzizinəm,sevimlisinə çevirdi.
Səmimiyəti ilə ozünə  dost və sirdaş qazanan bizim Şakir biraz dəli – dolu , mehriban və şiltaq insandir ,  hal hazırda sizi  o qədər sevən var ki , siz bunu bilməssəzdə  siz bizim Şakirimiz olaraq daima yaddaşızda qalacaqsınız , yaxşıki varsınız , Həyat təcrubəsinin 25 illik fəaliyətinizi öz sənətinizə həsr etdiyinizə görẹ  sizə minnətdariq , sizi hər zaman çox sevirik . Yaşayın və yaradın, hər zaman, xeyirli işlərə imza atıb bizləri sevindirəsiniz . Uğur qazanmaq üçün uğurlu ürəyə sahib olmalı insan. Bu da sizdə yetərli qədərdir…

PS:Bütün AMİDTV.AZ kollektivi adından təbrik edib ,həyatınızda , həm də peşənizdə uğurlar arzulayırıq

AMİDTV.AZ

Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir