Uşaqların sağlam mühitdə yetişməsində, müasir dövrün sürətlə dəyişən sosial, texnoloji və iqtisadi şəraiti, yeni tələblər və istəklər təhsil sahəsində köklü dəyişikliklər aparan “Əməkdar müəllim” Fəridə İbrahim qızı İbrahimova

Ənənəvi təhsil metodları əsrlər boyu dünya miqyasında müxtəlif təhsil sistemlərinin əsasını təşkil edib. Lakin müasir dövrün sürətlə dəyişən sosial, texnoloji və iqtisadi şəraiti, yeni tələblər və istəklər təhsil sahəsində köklü dəyişiklikləri zəruri edir.
Müəllim rolunun istiqamətləndirici və müşahidəçi olması tələbənin öyrənmə prosesində özünü ifadə etməsinə və düşünməsinə imkan verir. Bu yanaşma texnologiyanın istifadəsi ilə tələbələrin fərdi sürətinə və maraqlarına uyğun dərslərin təşkilini təmin edir. Eyni zamanda, sinifdə qrup işləri və müzakirələr vasitəsilə kollektiv öyrənmə təşviq edilir. Müasir təhsil metodları tələbələrə yalnız bilik verməyi deyil, həm də onları həyatda qarşılaşacaqları reallıqlara hazırlamağı hədəfləyir. Bu onların əmək bazarına uyğun, çoxşaxəli bacarıqlar qazanmasına imkan yaradır.
Dünyada baş verən sürətli dəyişiklik və dinamik inkişafla yalnız keyfiyyətli təhsilə nail olan cəmiyyətlər ayaqlaşa bilər. Bu dövr, istehsal və xidmətlərin davamlı olaraq dəyişən istehlakçı seçimlərinə necə indekslənə biləcəyinin diqqətlə araşdırıldığı bir dövrdür. İnsan resurslarımızı təhsil yolu ilə planlı şəkildə inkişaf etdirməklə istehsal və xidmətdəki keyfiyyəti də artırmaq olar.
Sürətlə qloballaşan dünyada insanlar keyfiyyətli məhsul və xidmətləri asanlıqla əldə edə bilirlər. Buna görə də keyfiyyətsiz məhsullar dünya bazarından, yaxşı təhsil almamış keyfiyyətsiz işçi qüvvəsi isə iş bazarından kənarlaşmağa məcbur qalır. Ona görə də ixtisasların və peşələrin sürətlə dəyişməsi, insanların ehtiyaclarının da buna uyğun olaraq yenilənməsi istər-istəməz işçi qüvvəsinin keyfiyyətinin, dünyagörüşünün artırılmasını tələb edir. Bunun tək yolu təhsil vasitəsilə keyfiyyətə çatmaqdır. Uğurlu və keyfiyyətli təhsil əldə etmək üçün əsas amillərdən biri müəllimdir. İxtisaslı müəllim yetişdirmək keyfiyyət əldə etmək istəyən ölkələrin qarşısında duran mühüm vəzifələrdən biridir.
Artıq dünyada “ömürboyu təhsil” sloqan halına gəlib. Aparılan müşahidə və təhlillər göstərir ki, bir insanın sadəcə gənclik dövründə öyrəndiyi bilik və bacarıqlarla peşəsini uğurla davam etdirə bilməsi mümkün deyil. Texnologiya o qədər sürətlə dəyişir ki, bəzi ixtisas sahələrində bir il əvvəlki informasiya əsasında işləmək fayda vermir. Müasir dövrdə geniş məlumat bazası və qloballaşan dünyanın çevik və mobil informasiya əldə etmək baxımından getdikcə kiçilməsi nəzərə alınmalıdır. Yeni iş modelləri, dəyişən, təkmilləşən ixtisaslar müasir dünyanın tələblərindəndir.Biz çox xoşbəxt insanlardanıq Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir. Təhsildə İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir .Bizə bu yolda yol göstərən, istər diqqət və qayğısı ilə müstəsna xidmətləri olan əməkdar müəllim fəxri adına layiq görülən Səbail rayonu 239 saylı Tam orta məktəbin, Coğrafiya, Həyat Bilgisi, Təbiət fənlərini tədris edən Fəridə İbrahimovanı daha yaxından tanıyaq .
Fəridə İbrahimova İbrahim qızı 1980-1985- ci illərdə Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakultəsində təhsil alıb;
Ali məktəbi bitirdikdən sonra 1985-1986- cı illərdə Ağdam rayonu, İmamqulubəyli kənd orta məktəbində Coğrafiya müəlliməsi kimi fəaliyyət göstərib;
1990- cı ildən Səbail rayonu, T.Məmmədov adına 239 nömrəli məktəbdə müəllimlik fəaliyyətinə başlayıb;
Bu illər ərzində bir çox” açıq dərs” lərin, dəyirmi masaların, tədbirlərin təşkilini həyata keçirib;
Belə ki, 1995-1996- cı illərdə VIII sinifdə nümunəvi dərsin mövzusu” Azərbaycanda təbiətin mühafizəsinin əsas problemləri” olub;
Məktəblərdə ekoloji tarbiyanin hayata keçirilməsi yolları” məruzəsi ilə çıxış edib;
Fevral ayında keçirilən” Coğrafiya haftasi”,” Coğrafiya gecesi” ni təşkil edib;
VII sinifdə isə” Avstraliya materikinin əhalisi və siyasi xəritəsi” mövzusunda açıq dərs qoyub;
1997-1998- ci illərdə” Gənc səyyahlar” dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib;
Fevral ayında keçirilən” Coğrafiya həftəsi” nda disput təşkil edib;
Yeni dərsliklərin müzakirəsində rəy və təkliflərini bildirib;
Şagirdləri keçirilən olimpiadalarda məktəb və rayon üzrə I və II yerləri tutub;
Uşaq hüquqlarının qorunması uşaq şəxsiyyətinin inkişafı” mövzusunda tədbirlər keçirib;
IX sinifdə” Dünya əhalisi və təbii artımın 2 tipi” mövzusunda nümunəvi dərs qoyub;
1998- 1999- cu illərdə XI siniflərin iştirakı ilə” Təhsilin humanistləşdirilməsi və müasir məktəb” mövzusunda Dəyirmi masa təşkil edib;
Tədbir çərçivəsində” Türk dünyası coğrafiyası dərsliyi günün tələbidir” mövzusunda diskussiya keçirib;
Tədbirdə dərsliyin müəllifləri, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin Iqtisadi masalalar üzrə müşaviri Mikayıl Davaloğlu, Tahsil Nazirliyinin məktəb şöbəsinin müdiri Arif Muradov, BBTI- nin Asif Cahangirov və digər səlahiyyətli şəxslər iştirak edib;
2013- cü ildə” Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş Maktab müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün” Dymo Mimo İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursunda iştirak sertifikatı alıb;
2013- cü ilin may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin İxtisasartırma Təhsili haqqında sertifikat alıb;
2013- cü ilin sentyabr ayında Azərbaycan Respublikası Tahsil Nazirliyinin 1- ci dərəcəli İxtisasartırma sertifikatın alıb;
2015- ci il may ayında Azərbaycan Respublikası Tahsil Nazirliyinin Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Qiymətləndirmə vasitələrinin hazırlanması üzrə təlimini keçdiyimə görə sertifikat alıb;
Növbəti tədris illərində də aktual mövzular və iqtisadi- coğrafi problemlerin analizi məqsədilə siniflərdə açıq dərslər qoyub;
IX a sinifində” Mülkiyyət formaları”,” Okeanların öyrənilməsi” mövzusunda açıq dərslər keçirib;
Qarabağ bölgəsinin təbii sərvətlərinin, faydalı qazıntılarının öyrənilməsi, şagirdlərə böyük zəfərlə geri qaytardığımız torpaqlarımızın coğrafiyasının dərindən mənimsədilməsi məqsədilə açıq dərslər keçirib;
Coğrafiya kabinetində” Zəfər gününə həsr olunmuş guşə yaratmış, 2021- ci il noyabr ayında” Zəfər günü” həsr olunmuş açıq dərs keçirib;
1999- cu il dekabrın 28- də Elmǝr Akademiyasının Coğrafiya İnstitutunda keçirilən Coğrafiyaçıların qurultayında hidrometeorologiya Institutunun direktoru Rza Mahmudovun təklifi ilə Elmi Şuraya üzv seçilib;
2003- cü ilin mart ayında” Təhsilin keyfiyyətinin təmin edilməsində vətəndaşlıq tərbiyəsinin rolu” mövzusunda elmi- təcrübi seminar təşkil edib;
2003- cü ildə keçirilən İlin müəllimi” müsabiqəsində rayon və şəhər üzrə I yeri tutub;
2008- ci ildə Ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əlaqədar olaraq VIII sinifdə” Heydər Əliyevin xarici siyasəti” mövzusunda açıq keçirib.
20 noyabr Uşaq hüquqları Konvensiyası günündə “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda baş tutan təlimdə azyaşlılara hüquqları barədə ətraflı məlumat verilib, bu sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyətindən bəhs edilib, davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən təqdimat həyata keçirilib. İnsan hüquqları üzrə Müvəkkili,Ombudsman Səbinə Əliyeva tədbirə dəvət olunmuş, Fəridə İbrahimova təqdimatında həyata keçirilən təlim zamanı iştirakçılara uşaq hüquqları barədə tapşırıqlar verilib, diskussiya aparılıb, tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.
Dərslərin dahа keyfiyyətli keçirilməsi məqsədilə öz vəsaitim hesabına Coğrafiya kabinetini təşkil etmiş, müasir metodiki vəsaitlərlə təchiz edib;
Peşə fəaliyyət müxtəlif müəlliflər tərəfindən mətbuat orqanlarında işıqlandırılıb;
Belə ki, Təhsil Nazirliyinin təqdimatı əsasında 2012- ci il 1 oktyabr tarixində Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə” Əməkdar müəllim” fəxri adına layiq görülüb;
Bütün bunlar bir daha göstərir ki, son on ildə Azərbaycanda təhsil sahəsində genişmiqyaslı islahatlar aparılıb. Dövlətimizin başçısı təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə , dilinə, dininə, ekologiyasına , coğrafiyasına ,məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.
PS: Bütün kollektivimiz adından Fəridə İbrahimova İbrahim qızı sizə çətin və məsuliyyətli peşənizdə uğurlar,bol nailiyyətlər arzulayırıq.
AMİDTV.AZ












