Xalqımızın tarixinə böyük alim, görkəmli ictimai-siyasi xadim kimi daxil olan, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verən, Mustafayev Mustafa Qılman oğlu

Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə, ziyalılara münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.
Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, diqqət və qayğı göstərmişdir. Bu gün hər zaman çox böyük hörmət, fəxr və qürur hissi ilə sayılan, Azərbaycan elminin görkəmli şəxsiyyətlərindən olan Mustafayev Mustafa Qılman oğlundan bəhs etmək istəyirəm. Xalqımızın tarixinə böyük alim, görkəmli ictimai-siyasi xadim kimi daxil olan, öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verən, Mustafayev Mustafa Qılman oğlu 1958-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Hidromeliorasiya fakultəsini bitirib və həmin vaxtdan AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna təyinatla gəlmiş və hal-hazırda da orada işləyir.
Mustafayev M.Q. 1984-cü ildə Azərbaycan MEA “Bilik” cəmiyyətinin nəzdində yaradılmış “Gənc natiqlik” məktəbinin ictimai-siyasi fakültəsinə daxil olmuş və 1986-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
1992-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Şimali Muğanda Meliorasiya olunmuş torpaqda duzların dərinliyə doğru yayılma qanunauyğunluqları” mövzusunda namizədlik dissertasiya işini müdafiə etmişdir.
O, 1990-1995-ci illərdə Suraxanı Rayon Sovetinin deputatı olmuşdur.
Mustafayev Mustafa Qılman oğlu 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
25 ildən çoxdur ki, seçki kompaniyasında yaxından iştirak edir və hal-hazırda 31 saylı Suraxanı 2-ci Seçki Dairə Komissiyasının 25 saylı Məntəqə seçki komissiyasının sədridir.
2017-ci ildə “Muğan-Salyan massivində torpaqların müasir vəziyyəti və onun yaxşılaşdırılmasının elmi əsasları” mövzusunda « Torpaqşünaslıq» ixtisası üzrə doktorluq dissertasiya işini müdafiə etmişdir.
2007-2009-cu illərdə “Muğan-Salyan massivində torpaq tədqiqatları” aparmaq məqsədilə təşkil edilmiş ekspedisiyanın rəhbəri olmuşdur. 2010-2012-ci ildə isə “Şirvan düzündə torpaq tədqiqatları”aparmaq üçün təşkil olunmuş ekspedisiyaya rəhbərlik etmişdir.
Azərbayçan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondu tərəfindən qrantların verilməsi üzrə 2010-cu ilin 1-ci müsabiqəsinin qalibi olmuş “Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpası” layihəsinin (15.03.2011–ci il tarixli EİF-2010-1 (1)-40/20) və “İrriqasiya sistemləri üçün yeni universal ehtimal statistik model və metodların yaradılması və Azərbaycan torpaqlarında meliorativ proseslərin optimallaşdırılmasında istifadəsi” (01.04.2017-01.04.2018 tarixli EİF-KETPL-2015-1(25)-56/13/1-M-28) layihəsinin əsas icraçılarından biri olmuş və həmin ərazidə torpaqların yaxşılaşdırılması məqsədilə nəşr edilmiş 1 kitab və 1 tövsiyyənin müəllifidir.
Həmçinin Qazaxıstan alimləri ilə birlikdə «Влияние биопрепаратов на экологическое состояние плодородия темно-каштановых почв и на урожайность и качество овощных культур в условиях юго-востока Казахстана» mövzusunda qrant layihəsinin iştirakçılarından biridir (№AP08957180, 01.10.2020- 30.09.2021 гг.).
12 fəlsəfə və 3 elmlər doktorluq dissertasiyasına opponentlik etmişdir.
Mustafayev M.Q. ümumilikdə 2 monoqrafiya (tək), 1 dərs vəsaiti və 3 monoqrafiya (Rusiya və digər ölkələrin alimləri ilə birlikdə), 4 kitab, bir tövsiyyənin (respublikada həmmüəlliflə), 1 buklet (həmmüəlliflə),150 məqalənin müəllifidir. Onlardan 80–ni xaricdə müxtəlif nüfuzlu jurnallarda nəşr edilmişdir.
İlk dəfə olaraq Muğan-Salyan massivinin torpaqlarının müasir vəziyyəti kompleks tədqiqatlarla müəyyənləşdirilmiş 1:200000 miqyasında tərtib olunmuş torpaqların duzluluq və deqradasiya xəritələrinin müəllifidir. Onun tədqiqatları əsasında suvarılan torpaqlarda su-duz balansı, su-duz rejimi, onların proqnozunun verilməsi, duzların miqdarı və tipinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin riyazi asıllığı verilmişdir. Respublikada ilk dəfə torpaqların meliorativ vəziyyətinin meyarlarla qiymətləndirilməsi üzrə təsnifatlar verilmişdir. Hal-hazırda onun irəli sürdüyü təklif və tövsiyyələrdən nəinki Azərbaycanda, həm də Qazaxıstan, Rusiya və Belarusiyada geniş istifadə edilir.
Mustafayev M.Q. 2014-cü ildə Avropa Nəşr Mətbuatı tərəfindən” İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi QIZIL MEDALI və Diplomuna” layiq görülmüşdür.
O, elmi-təşkilatçılıq fəaliyyətinə görə 2015-ci ildə AMEA-nın Aqrar Elmlər Bölməsinin Fəxri Fərmanı, 2018-ci ildə isə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir
Mustafayev M.Q. uzun müddətli tədqiqatlarına əsaslanaraq, Rusiya alimləri ilə birlikdə – «Azərbaycanın mərkəzi hissəsində şorlaşmış boz–çəmən torpaqların istifadəsi yolları» (№ 2016118894, Способ освоения засоленных сероземно-луговых земель центральной части Азербайджана, 2017) mövzusunda Beynəlxalq Patent əldə etmişdir. Hal-hazırda bu patentdən Respublikada və Rusiyada geniş istifadə edilir.
O, Qazaxıstan Respublikasında nəşr olunan «Почвоводение и Агрохимия », Rusiyada nəşr olunan «Экология и строительства», «Мелиорация и Гидротехника», «Природные системы и ресурсы» və «Агрохимический вестник», Ukraynada nəşr olunan «Environmental safety and natural resources» jurnallarının Redaksiya Heyətinin və Redaksiya Şurasının üzvüdür.
Mustafayev M.Q. Qazaxıstan Respublikası, Korkıt Ata adına Qızılorda Dövlət Universitetində doktorluq dissertasiyası üzrə müdafiə şurasının üzvü və həmin Universitetdə 3 doktorantın elmi məsləhətçisidir. Ümumilikdə 5 doktoranta rəhbərlik edir.
O, 2019-2020 ci illərdə Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində «Aqresenozlar və ekosistemlərin mühafizəsi» üzrə Elmi Şuranın sədri olmuşdur.
Hal hazırda Respublika Elmi-Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdində «Biologiya, aqrar və tibb elmləri üzrə» Problem Şurasının sədr müavinidir.
Mustafayev 2018-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü və 2020-ci ildə isə həqiqi üzv seçilmişdir.
2000-2020-ci illərdə Belorusiya Dövlət Kənd Təsərrüfatı Akademiyasının alimləri ilə elmi əlaqələr, birgə təşkil olunmuş Beynəlxalq Konfranslarda iştirakı, elm və təşkilat komitələrində rolu nəzrə alınaraq 2020-ci ildə M.Q.Mustafayevə akademiyanın Elmi Şurasının qərarı ilə “Fəxri Doktoru” elmi adı verilmişdir.
Mustafayev M.Q. 2020-ci ildə “İlhamlı Azərbaycan” Layihəsinin qaliblərindən olmuş və «İlhamlı Azərbaycan» döş nişanı ( medalı) ilə təltif edilmişdir.
O, Beynəlxalq Torpaqşünaslar İttifaqının və B.B.Dokuçayev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin üzvüdür.
Mustafayev M.Q. 2011–ci ildən Torpaqların meliorasiyası laboratoriyasının rəhbəridir.
İnsanlar həmişə quranları, yaradanları qiymətləndirir… Mustafayev Mustafa Qılman oğlu kimi dəyərli elm fədailəri Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib və belə alimlər sayəsində ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.
AMİDTV.AZ
Aygün Məmmədova Jurnalistlər Birliyinin üzvü