Bu müqəddəs Ramazan ayında Yasin balamızın ümidlərini işıqlandıraq, sağlığına qovuşması üçün dualarımızı,qayğımızı əsirgəməyək

0

İslam dinində ibadətlərin ictimai, sosial tərəfləri var.Məlum olduğu kimi, bu gün Ramazan bayramıdır. Bayram günü günorta namazınadək bayram namazı qılınır. Müsəlmanlar bir araya gəlib bu böyük mənəvi zəfər bayramının sevincini bir-biri ilə bölüşür və birlikdə namaz qılaraq Uca Allaha öz şükürlərini bildirirlər. Saf qəlbləri ilə əllərini Allaha açıb Ondan öz arzu və diləklərini istəyirlər. Bayram namazı Ramazan ayı boyu mənəvi olaraq ilahi zirvəyə yetişmişlərin Allahla birbaşa ünsiyyətidir. Namaz əsnasında insan ürəyindəki bütün saf diləklərini dilə gətirir və səmimi qəlbdən Allaha dua edir. Daha sonra imkan daxilində yaxınları, əzizləri ziyarət edib bayramlaşırlar. Ailə üzvləri ilə birlikdə bayram süfrəsi arxasında bu gözəl mənəviyyat bayramını qeyd edirlər… Allah-təala “Qurani-Kərimi” məhz Ramazan ayında nazil edib. Yəni bəşəriyyətin səadət yolunu göstərən son ilahi vəhylər toplusunu bu ayda endirib. “Quran”ın nazil olma ayını da xüsusi təntənə ilə – oruc tutmaqla keçirməmiz buyurulub. Bizlər bu ayın hər gününü Allaha doğru yüksələn bir pillə sanıb, addım-addım yüksəldiyimiz pillələrin ən başına – 30-cu pilləyə, yəni mənəvi zirvəyə çatırıq. Arxaya çevrilib baxdıqda, mənəvi aləmimizə, ruhumuza nəzər saldıqda özümüzü bir ay öncədən 30 pillə yüksəklikdə görürük. Ramazan ayının bitməsi bu yüksəlişin qeyd edilməsidir.Bu bayram sevinci Ramazan ayında yüksəlişə nail olmağımızın, Allaha doğru gedən yolda daha 30 pillə yüksəlməyizin, yeni ilahi zirvələr fəth etməyimizin, günahlardan təmizlənməyimizin və Allaha daha və daha yaxın olmağımızın sevincidir!Alimlər deyir ki, “Ramazan” yay aylarının sonunda və payızın əvvəlində yağan və yerdəki tozları təmizləyən yağış mənasını verir. Yəni, bu yağış yer üzünü necə yuyub təmizləyirsə, Ramazan ayı da möminləri günahlardan eləcə təmizləyir. Ramazan ayı – mənəvi tərbiyə ayıdır. Fitr bayramı isə bu məktəbi bitirənlərin məzun olma bayramıdır. Ramazanın başqa bir mənası isə yanmaqdır. Buna görə Ramazan ayı oruclunun günahlarını yandıraraq yox edir. Hər iki mənanın birləşdiyi nöqtə oruclunun bu ayda günahlardan təmizlənməsidir. İslam peyğəmbəri Həzrəti Məhəmməd belə buyurub: “Elə oruc tutanlar var ki, onlara tutduqları orucdan ancaq aclıq və susuzluq qalır. Çox gecə ibadəti edənlər var ki, onlara da bundan sadəcə yuxusuzluq qalır”.Orucun əsas məqsədi insanı pis vərdişlərdən uzaqlaşdırmaq, əxlaq və fəzilət sahibi olmasını təmin etməkdir. “Hər bir insan çalışmalıdır ki, dünya həyatı Ramazan, axirət həyatı bayram olsun! İnsanlar Ramazan ayında qazandıqları birliyi, bərabərliyi bu aydan sonra da qoruyub saxlamalı, oruc tutaraq acların hansı hisslər keçirdiklərini dərk edərək başqaları ilə ünsiyyətə bu prizmadan yanaşmalı, iftar süfrələri açdıqları kimi eyni ənənəni başqa günlərə də sirayət etdirməlidirlər Ümumiyyətlə, İslam dinindəki ibadətlərin ictimai, sosial tərəfləri var. İnsanı yaşadaraq dərs verir. Ramazan mərhəmət ayıdır… İnsanların daxilindəki hissləri oyadır və həyata keçirməyə təşviq edir.Bayram günü oruc tutmaq qəbul edilmir. Bayram namazına gedərkən yuyunmaq, gözəl paltar geyinmək, evdən çıxarkən yemək və insanlarla bayramlaşmaq gözəl ənənə olaraq qəbul edilir.

Bu gün 3 yaşlı Yasin Şabanov balamızda bir neçə ildir ki, Talassemiya Mərkəzi (Milli Hematologiya və Transfuziologiya Mərkəzi)- nin müalicə üsullarından yararlanır. Bu çətin dövrlərində bir an belə tək qoymayan, istər maddi, istər mənəvi dəstəklərini əsirgəməyən insanları unutmurlar. Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edən, ilin qadını,Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyevaya xüsusi təşəkkürlərini bildirirlər.
Valideynləri Nailə xanım Şabanova və atası Etibar Şabanov Talassemiya Mərkəzi (Milli Hematologiya və Transfuziologiya Mərkəzi)-nin rəhbərliyi başda olmaqla ,mütəxəssis heyyətinə ,dəyərli həkimlərinə , Yasin balanın ürəyinə sevgiləri ilə qayğıları yol tapan tibb bacılarına xüsusi təşəkkürlərini bildirirlər. Xatırladaq ki,Milli Hematologiya və Transfuziologiya Mərkəzi
Azərbaycanda talassemiya daşıyıcılığı geniş yayılan, bu xəstəlikdən əziyyət çəkən minlərlə insan vardır . Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə bu problemlə məşğul olan ilk Talassemiya Mərkəzidir Mərkəzin yaradılmasında əsas məqsəd, ixtisaslaşdırılımış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, eləcə də tibbi xidmətlə təmin olunmasıdır. Talassemiya ilə doğulanların sayının artmaması üçün əhalinin maarifləndirilməsi, bu sahədə elmi tədqiqatların aparılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir. Yüksək savada malik həkim heyyəti hər zaman bu xəstəlikdən əziyyət çəkən insanların, uşaqların sağlıqlarına qovuşmaları üçün əllərindən gələni əsirgəmirlər.
Yasin balamız Burc FM radiosunun sevilən aparıcısı Şəhla Vakkasa (Çiçək xanıma)
Burc FM LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin radiosunun rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər. Hər zaman diqqət və qayğılarını, dəstəklərini, içdən ürəkdən gələn dualarınızı hər zaman duymuşuq. Əminik ki, hər zaman yanımızda olub dualarınızı sevginizi əsirgəməyəcəksiniz …
Yasin balamızın bütün dünya Azərbaycanlılarının həmrəyliyi ilə dualarınıza və diqqətinizə qayğınıza ehtiyacı vardır. Gəlin bu müqəddəs Ramazan ayında Yasin balamızın ümidlərini işıqlandıraq sağlığına qovuşduraq. Bunun üçün əlinizdən nə gəlirsə edəcəyinizə əminəm öncədən təşəkkür edirəm.
Bayramınız mübarək !

AMİDTV.AZ
Hörmətlə
Nailə Şabanova, Etibar Şabanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir