Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib

0

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.

Elm və Təhsil Nazirliyindən AMIDTV.AZ-a bildiriblər ki, görüşdə ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıblar.

AMIDTV.AZ

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir