Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş edir

Baharın gəlməsi, təbiətin oyanması, həyatın
canlanması ilə müjdələyən Novruz Bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır. “Bu milli bayramın indi belə dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin
bəhrələrindəndir”. Ümummilli lider Heydər Əliyevin Novruz Bayramı haqqında söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu vurğulanır. Novruz Bayramının
yaşının dünyanın yaşı ilə bərabər tutanlar səhv etmirlər. Çünki bu bayramda məhz ən qədim adət-ənənə, inancların, folklor nümunələrinin izini müşahidə etmək mümkündür. Novruz gecə ilə gündüzün bərabərliyi, şaxtalı-qarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün bir başlanğıcıdır. Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Azərbaycan incəsənətinin elə bir
istiqaməti yoxdur ki, Novruz Bayramı ənənələri zəncirində özünə yer almasın. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri, meydan tamaşaları, maraqlı ağız ədəbiyyatı nümunələri, şeirlər, nəsr nümunələri novruz adət-ənənələrində yer
almışdır. Bu örnəklərə əkin nəğmələri, sağın nəğmələri, balıqçı nəğmələri, sayaçı nəğmələr, nehrə, cehrə nəğmələrini göstərə bilərik.
Bütün dünya xalqlarına məxsus çoxlu bayramlar var. Lakin Novruz təkcə bir xalqın bayramı yox dünyada yaşayan 50 milyon
Azərbaycanlının, ümumilikdə bütün Türk xalqının bayramıdır. Elə Novruzun ən maraqlı cəhətlərindən biridə onun həm fərdi, həm də
ümumxalq bayramı olmasıdır. Addım-addım yaxınlaşan yaz nəinki fərdin eyni zamanda kütlənin yaddaşını oyadır, yenilik təzəlik gətirir düşüncələrə. Ta Dədə Qorquddan başlayaraq bu günümüzə qədər xalq tərəfindən qorunaraq gəlib çıxmış Novruz adət-ənələrinin, novruz nəğmələrinin yaşamasında son 200 ildə
Azərbaycan folklorşünaslığı tədqiqatçılarının da böyük əməyi olmuşdur. Bu nümunələrin toplanması, öyrənilməsi, təhlili işində
tədqiqatçı və ədiblərdən Firidun bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli,
Məmməd Səid Ordubadi, Məmmədhüseyn Təhmasib, Hüseynqulu Sarabski, Salman Mümtaz və başqalarını göstərmək olar. Dərin
köklərə malik “Kitabi Dədə “Qorqud”, “Qobustan” adlı möhtəşəm söz abidələrilə yaşayaraq bu günümüzə qədər gəlib çıxan Novruz adət-ənənələrimiz gələcək nəsillərin yaddaşında hələ uzun illər yaşayacaq. Xalqımızın qədim bayramı öz gəlişi ilə hər birimizin evində tamamilə başqa bir ab-hava, xoş hisslər yaradır.Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması deməkdir. Bolluğun, ruzi-bərəkətin və xeyirxahlığın təcəssümü olan bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, bir-birilərinə qarşı diqqət və mərhəmətin göstərilməsi kimi sağlam təməllər üzərində qurulub. Novruz xalqımızın həm də mədəniyyətini, milli-mənəvi dəyərlərini, tarixiliyini özündə birləşdirən, dünyaya tanıdan qədim el bayramıdır.Novruzun qeyd edilməsi təkcə baharın gəlişini deyil, həm də milli folklorun bütün rəngarəng çalarlarını özündə əks etdirir. Novruz bayramı yalnız fəsillərin dəyişməsi deyil, eyni zamanda birlik, mehribanlıq və yeni başlanğıcların rəmzidir. Hər il martın 20-21-də qeyd edilən bu bayram qədim adət-ənənələrlə müşayiət olunur. Novruzun gəlişindən dörd həftə əvvəl insanlar ardıcıl Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edirlər. Hər çərşənbə təbiətin tədricən oyanmasını ifadə edir.
Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə Novruz şənlikləri xalqımızın həyatına əbədi daxil oldu. Dahi şəxsiyyət mütəmadi olaraq hər il xalqımızı Novruz bayramı münasibətilə təbrik etməklə bərabər, həmçinin ümumxalq şənliklərinə qatılaraq insanlarla səmimi ünsiyyətdə olur, onlarla birgə bayram sevincini yaşayırdı.
Heydər Əliyev çıxışlarında bayram haqqında bunları deyirdi: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır… Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir… Bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır”.
Ümummilli Liderin qoyduğu bu ənənə onun layiqli davamçısı dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzun Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi həm də tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə olan hörmət və ehtiramın parlaq nümunəsidir. Azərbaycan Prezidentinin hər il bu gözəl bayramın gəlişi ilə bağlı xalqa ünvanladığı təbriklər, birinci xanım Mehriban Əliyeva ilə Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliklərində iştirak etməsi, onların İçərişəhərdə tonqalı alovlandırması xalqla bir araya gələrək bayramı birgə qeyd etmələri dövlətin milli dəyərlərə verdiyi önəmin göstəricisidir.
Düz 5-ci ildir ki, Azərbaycan Prezidenti bayram tonqalını azad edilmiş Qarabağ torpağında alovlandırır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində, bu dəfə isə birinci xanım Mehriban Əliyeva ilə Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb. Artıq Novruz bayramı Qarabağın hər guşəsində, azad edilmiş kəndlərimizdə, şəhərlərimizdə qeyd olunur. İşğaldan azad edilmiş torpaqlarımızda bayram tonqalları qalanır, doğma yurd-yuvalarına qayıdan soydaşlarımız bu gözəl bayramı qəlb rahatlığı, könül xoşluğu ilə keçirirlər.
xalqımız üçün təkcə bir bayram sevinci deyil, tarixi Zəfərin və bütöv Azərbaycana dönüşün sevincidir. Beş ildir ki, bahar Qarabağa qələbə çələngi ilə gəlir, çiçəkləri zəfərin ətri ilə açılır, küləkləri Vətən torpağının səsini pıçıldayır. Alovlanan bayram tonqalları təkcə baharın müjdəsi deyil, bütün dünyanın şahid olduğu bir qayıdışın, haqqın bərpasının və Azərbaycan xalqının sönməz ruhunun alovudur…
AMİDTV.AZ
Nazilə Bağır qızı Soltanova
AMEA A.A.Bakıxanov adınaTarix və Etnologiya İnstitutu Azərbaycanın VII- XIV əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi. Tarix üzrə fəlsəfə doktoru, dosent.