Novruz arzularımızın çiçəkləndiyi, diləklərimizin həyata keçdiyi il kimi tarixin yaddaşına yazılsın

0

Novruz arzularımızın çiçəkləndiyi, diləklərimizin həyata keçdiyi il kimi tarixin yaddaşına yazılsın

Son illər Azərbaycanın qazandığı uğurlar hər birimizdə böyük fəxarət hissi doğurur. İldən – ilə güclənən dövlətimiz bütün sahələrə olduğu kimi, milli təhsilin inkişafına da böyük diqqət göstərir, təhsil islahatı bu gün prioritet istiqamət təşkil edir. Azərbaycan dinamik şəkildə inkişaf edir, xalqımızın sosial rifah halı gündən-günə yaxşılaşır. Ali Baş Komandan İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək yürütdüyü uzaqgörən siyasət, düşünülmüş şəkildə həyata keçirdiyi islahatlar dövlətimizin qüdrətini daha da artırmış, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir. Məhz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında hörmət edilən, öz sözünü deyən bir ölkədir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin ata vəsiyyətini yerinə yetirdi və Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu və Qələbə sevincini yaşatdı.
Azərbaycan Respublikası günü-gündən inkişaf etməkdədir. Bu gün ölkəmiz bir sıra göstəricələrə görə öz nailiyyətləri ilə öyünə bilər. Regionun lider dövləti statusu adını qazanmaq, müstəqilliyin günü-gündən möhkəmlənməsi ,uğurlu daxili və xarici siyasət, ictimai-siyasi sabitlik, dövlət quruculuğu sahəsində görülən mühüm işlər, iqtisadi yüksəliş, sosial və hüquqi sahədə islahatlar, mədəniyyət, elm, təhsilə dövlət qayğısı-bütün bunlar Heydər Əliyev siyasətinin bəhrələridir. Ümumilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.
Bu gün sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzində dayanan prioritet sahələrdəndir. Azərbaycanda təhsilə qayğı və diqqət ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.
Bütün sahələrdə dinamik inkişaf olduğu kimi, təhsil sistemində də uğurlar nəzərəçarpacaq dərəcədədir. Son illərdə təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Həmçinin son illər ölkəmizdə müasir standartlara cavab verən modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı, maddi durumu yaxşılaşdırılır. Azərbaycanda təhsilə ən yüksək səviyyədə göstərilən qayğı, bu sahədə həyata keçirilən hər bir islahat xalqın xoşbəxt gələcəyinə hesablanıb.
44 gün ərzində Vətənimiz uğrunda apardığımız döyüşlərdə mənfur düşmənlərimiz üzərində Müzəffər Ordumuzun və Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbə nəticəsində biz qədim şəhərlərimiz Şuşada, Xankəndidə, Xocalıda , demək olar ki,Bütün Qarabağda uzun illərdən sonra Novruz bayramını qeyd edərək bayram tonqalları yandırırıq.
Bu gün bütün Azərbaycan xalqı qürur və sevinc hissləri keçirir. Ölkə başçımızın qədim diyarımız Şuşada qeyd etdiyi kimi “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”
Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Gözəl adət və ənənələri, zəngin el şənlikləri, füsunkar gözəllikləri və yaddaqalan bayram nəğmələri ilə bol olan Novruz bayramı Azərbaycanda təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
Qazandığımız nailiyyətlər, ilk növbədə, Azərbaycan dövlətinin, onun rəhbəri cənab Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısının bəhrəsidir. Təhsil işçisi kimi zəngin mədəniyyəti, ulu və qədim tarixi olan xalqımızı, Novruz bayramı və 11 ayın sultanı-müqəddəs Ramazan bayramı münasibətilə dəyərli həmkarlarım-təhsil işçiləri adından ürəkdən təbrik edir, hər bir ailəyə sevinc və xoşbəxtlik, süfrələrimizə bolluq və bərəkət, elimizə sülh və əmin-amanlıq arzulayıram.
Qoy bu Novruz arzularımızın çiçəkləndiyi, diləklərimizin həyata keçdiyi il kimi tarixin yaddaşına yazılsın.
Novruz və Ramazan bayramınız mübarək olsun!

AMİDTV.AZ

Professor-məsləhətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Əsədullayev Murtuza oğlu Arif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir