İstedadlı Müğənni ,yazar Şakir Abbas Müqəddəs Ramazan ayında xeyirxahlıq misiyasını davam etdirib,İftar süfrəsi təşkil etdi.

0

İstedadlı Müğənni ,yazar Şakir Abbas Müqəddəs Ramazan ayında xeyirxahlıq missiyasını davam etdirib, Vətən Müharibəsində qəhrəmancasına şəhadətə yüksələn şəhidlərimizin valideyinlərinə iftar süfrəsi təşkil etdi.Tədbirdə Azərbaycan Respublikasının Himni səsləndirildi və şəhidlərimiz bir dəqiqəlik sükutla yad olundu və   tədbir təntənəli şəkildə açıq elan edildi. Tədbiri giriş sözü ilə açan müğənni,yazar Şakir Abbas qonaqları Müqəddəs Ramazan ayı münasibətilə və Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırdı.Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şəhidlərimizin ruhuna  Din xadimləri Qurani Kərim tapşıraraq orucun və qədr gecəsinin fəziləti haqqında maraqlı faktlar məlumatlar çatdırdılar .Ayələr oxuyub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar ediblər.
Din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından söhbət ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.Şakir Abbas torpaqlarımız uğrunda şəhadətə yüksələn şəhidlərimizin valideyinləri ilə iftar süfrəsində görüşdü .
İftar süfrəsində ictimaiyyət nümayəndələri,din xadimləri , Vətən müharibəsində şəhadətə yüksələn qəhrəman şəhidlərimizin valideynləri,qazilər  iştirak ediblər. Tədbir iştirakçıları Prezident İlham Əliyev ve Mehriban xanımın şəhid və qazı ailələrinə, əlillərə göstərdiyi diqqət və qayğıdan söz açılıb.Ölkə Rəhbərliyinin ünvanına bayram təbrikləri səsləndirilib.
Tədbirdə göstərdikləri təşkilati dəstəyə görə Şakir Abbas öz adından xeyriyyəçi sahibkar dostlarına,  Quba Qəçrəş yolunun üstündə yerləşən Almabağı restoranının rəhbərliyinə öz təşəkkürünü bildirdi .
AMİDTV.AZ
Azərbaycan Jurnalistləri Birliyinin üzvü 
Aygün Məmmədova


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir