Bu gün xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cü ildönümü Qubada qeyd olundu.

0

Bu gün xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cü ildönümüdür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.


Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Soyqırım zamanı şəhərin 5379 nəfər əhalisi itgin və didərgin düşmüş, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 25 uşaq isə hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib.
Azərbaycan Respublikasının hər yerində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir.


Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar Quba rayonunda bir neçə gündür çoxsaylı silsilə tədbirlər keçirilmiş, fevralın 26-da matəm əlaməti olaraq rayon ərazisində dövlət bayraqları endirilmiş, DİN nin, BDYPİ -nin, YPXA- nın ,2 -ci tagımın YPX inispektorları, Bakıdan gələn Qəhrəman Şəhidlərimizin anaları ilə birlikdə Quba Şəhidlər Xiyabanında olublar.
Şəhidlərimizi hörmətlə yad edib,şəhid analarına bir daha səbr diləyərək, onlarla səmimi görüş kecirdilər .Hər il olduğu kimi bu ildə saat 17:00-da bütün rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqqiqəlik sükutla yad edilməsi məqsədilə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmış və avtomobillərin səs siqnalları verilməsi təşkil olunmuşdur.


Bu gün bütün Xocalı qurbanlarının ruhu şaddır! 25 dən 26 -na keçən gün faciəmiz nə qədər böyük idisə, bizə bu müsibəti yaşadan düşmən üzərində QƏLƏBƏMİZ də o qədər möhtəşəm oldu. 2020-ci il sentyabrın 27-də ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Vətən Müharibəsində Azərbaycan Ordusu azğın düşmənin Qarabağda illərlə  möhkəmləndirdiyi “keçilməz” sədləri cəmi 44 gün ərzində darmadağın elədi və torpaqlarımız nəhayət ki, işğaldan qurtuldu. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə XOCALI işğaldan azad olundu.
Allah cəmi Şəhidlərimizə rəhmət eyləsin .
Qarabag Azərbaycandır !

AMİDTV.AZ

Azərbaycan Jurnalistləri Birliyinin üzvü, Rusiya və Dərbənddə Fəaliyyət göstərən “Gülüstan” Ədəbiyyatçılar İttifaqının üzvü Aygün Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir