Pilləkənlərdən yıxılan 25 yaşlı gənc faciəvi şəkildə həyatını itirdi


Daşkəsən rayonunda 25 yaşlı şəxs yaşadığı binanın dəhlizində yıxılaraq həyatını itirib.
AMİDTV.AZ xəbər verir ki, Emin Vəliyev yaşadığı binanın dəhlizində pilləkəndən yıxılıb.
O, ikinci mərtəbədən birinci mərtəbəyə yuvarlanıb. E.Vəliyev aldğı ağır kəllə-beyin travması nəticəsində yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.
Məkanın Cənnət olsun Emin Vəliyev
AMİDTV.AZ