Lənkəranda Müasir gənclik dövlətimizin etibarlı dayağıdır” adlı tədbir keçirilib.

0

Lənkəran Mərkəzi Kitabxanasında 2 fevral Gənclər gününə həsr olunmuş “Müasir gənclik dövlətimizin etibarlı dayağıdır” adlı tədbir keçirilib.

Öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Lənkəran MKS-in direktor v.m.i.e Arzu Rufullayeva gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulamış və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən gənclər siyasətindən danışmışdır.
Sonra çıxış edən yaradıcı gənclər bu gün dövlət gənclər siyasətinin gənclərin sevimlisi hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulamış, gənclərin dövlət qulluğuna irəli çəkilməsi, əlverişli təhsil mühitinin yaradılması və tələbə təqaüdlərinin mütəmadi olaraq artırılması, idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısını diqqətə çatdırmışlar. Sonda bir qrup gənclərə Lənkəran Mərkəzi Kitabxanasının “Fəxri Fərmanı” təqdim olunub və xatirə şəkli çəkdirilib.

AMİDTV.AZ

Allahverən Pərvizoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir