“Azərbaycan Atabəyləri Sənədli Filmi”nin Yaradıcı Heyəti ilə Görüş

Bu gün Qaradağ Gənclər evində tarixi irsimizin əks olunduğu möhtəşəm layihə olan Azərbaycan Atabəyləri sənədli filminin yaradıcı heyəti ilə maraqlı bir görüş baş tutdu. Görüş zamanı film haqqında ətraflı məlumat təqdim edildi, yaradıcı komandanın dəyərli fikirləri və iş prosesi ilə bağlı təcrübələri iştirakçılarla bölüşüldü.
Gənclərimiz bu tarixi film vasitəsilə zəngin keçmişimizə bir daha nəzər salmaq imkanı qazandı və sualları ilə söhbəti daha da maraqlı etdilər. Görüş, həm yaradıcılıq sahəsində ilhamverici, həm də milli tariximizə bağlılıq baxımından xüsusi önəm daşıyırdı.
Tarixi dəyərlərimizi qoruyan və gələcək nəsillərə çatdıran hər kəsə təşəkkürümüzü bildiririk. Qaradağ Gənclər evi olaraq, bu cür tədbirlər vasitəsilə gənclərimizi maarifləndirməkdən qürur duyuruq!
AMİDTV.AZ
Vüsal Baloğlanov




