Qış meyvələrinin möcüzəvi faydaları.

0

Qış meyvələri dedikdə ağla həm qış, həm də payız meyvələri gəlir. Xüsusilə mövsüm dəyişiklikləri zamanı rast gəlinən soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı C vitamini qəbul etmək çox vacibdir. C vitamini ilə zəngin olan payız və qış meyvələrinin ürək sağlamlığından dəri sağlamlığına qədər bir çox faydaları var.

Portağal: Sitruslar ailəsindən olan portağal Aralıq dənizi iqlimində yetişən meyvədir. Limon, əhəng, naringi, qreyfrut kimi meyvələr də bu qrupa aid meyvələrdir. Tərkibində həmçinin karotin, dəmir, sink, maqnezium və kalsium var. Kaliumla zəngin olan bu meyvələr orqanizmdə maye və mineral balansını qoruyarkən əzələlərin yığılmasının qarşısını alır.

Alma: A və C vitamini ilə zəngin meyvədir. Çözünür və həll olunmayan lif növləri ilə zəngin olan alma, bol lif quruluşi ilə qəbizlik problemlərində əhəmiyyətli rol oynayır və tərkibindəki həll olunan lif növü olan pektin sayəsində LDL (pis xolestrin) azaltmağa kömək olur.

Kivi: Mühüm bir antioksidan olan C vitamini baxımından portağaldan belə daha üstün sayılan kivi, immunitetin gücləndirilməsində və sərbəst radikalların bədəndən çıxarılmasında mühüm rol oynayır. 

Nar: Nar immuniteti gücləndirir, qan təzyiqini aşağı salır, xərçəng hüceyrələri ilə mübarizə aparır və bədəndə iltihabın qarşısını alır.

Heyva: Həzm sistemini tənzimləyir və qan təzyiqini tarazlaşdırır.

Cənnət xurması: A vitamini ilə zəngindi. Göz sağlamlığını qorumağa kömək edir. Qırışların və dəri ləkələrinin qarşısını alır. 

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir