Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin ,Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Şəhid və Vətən Müharibəsi Qəhrmanlarına həsr edilmiş jurnal təqdim olundu.

Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlının və Qeyri -Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Şəhid və Vətən Müharibəsi Qəhrmanlarına həsr edilmiş jurnalın ,Nərimanov rayonu ,Yeni Azərbaycan Partiyasında təqdimat tədbiri keçirildi.
Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı qonaqları və tədbir iştirakçılarını salamlıyaraq tədbiri açıq elan etdi.Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək,dövlət himni səsləndirildi.
Dəvət edilmiş qonaqlar sırasında Millət Vəkilləri,Vüqar İsgəndərov,Aydın Mirzəzadə,dövlət rəsmiləri,təşkilatin nümayəndə sədrləri,üzvlər şəhid Milli Qəhrəman ,Şəhid Vətən Müharibəsi Qəhrəmanlarının ailə üzvləri,qazilər istirak edirdilər..Qonaqlar çıxişlarında. 44 günluk Vətən müharibəsinin Qəhrəmanların göstərdiyi şücaətdən ,həmçinin torpaqlarımızın azadlığı naminə canlarını fəda etmiş şəhidlərimizin daim adlarının yaddaşlarda bir ömür boyu yaşayacagini vurğuladılar.Həmçinin bu işin ələxsusda təhsil olcaqlarda geniş vüsət almağını,davamlı şəkildə olaraq,gələcək nəsilə öturməkdə bizim hər birimizin payının olduğunu söyləyərək,şəhid ailələrinə,qazilərə bizlərə bu qələbəni yaşatdıqların üçün bir daha təssəkürlərini bildirdilər…
Daha sonra Elşən Uluxanlıya bu sahədə uğurlar arzulayaraq,həqiqətən də bu jurnalın maariflənmə istiqamətində böýük rolu olacağını bildirdilər.
Tədbirin Sonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı qonaqlara və tədbir ıştirakcilarina öz təşəkkürunu bildirərək, xatirə şəkili çəkdirdilər.
AMİDTV.AZ
Gülnar Ələskərova




















