Həyatın Təzadı

Həyat Anlamın nədir sənin?Müəyyən zaman ərzində bizi niyə özündə cəmləşdirirsən ? Biz səndə niyə yaşamalıyıq? Sən bizə nə verirsən?Və nə alırsan? Görəsən hansı çoxdur?Verdiklərin yoxsa aldıqların ?Məncə aldıqların bəxş etdiklərindən daha çoxdur.Sanki ,biz insanlarla oynamaq sənə xoş gəlir.Sənin məqsədin nədir? Suallar qarşısında qalan Həyat. Sən nə qədər susacaqsan da bir o qədərdə mürəkkəbləşəcəksən..Hər kəsdə fərqli bir yol açirsan .Kimisinin əvvəli xoşbəxt sonluğu bədbəxt,və tam tərsi.Bu zaman ərzində bir çox sınaqlar yaşadırsan..İnsanları bu qədər çətinə salmaq sənə nə verir axı?Görürsən susursan?Elədiklərinə haqq qazandıra bilmirsən.Deyirlər sen gözəlsən..Gözəlliklərin nədən ibarətdir?Gözəlliklərin insanları xoşbəxt edə bilirmi?
Bəlkə də,bəlkə də kənardan görünən xoşbəxtliklər kimlərinsə bədəxtliyidir.Hər kəsin yanaşma tərzi sənə qarşı müxtəlifdir.Məndə də fərqlidi.Sən mənim üçün bilirsən nəsən?Göydən yağış damcısının yarpaq üzərinə düşərkən parlaması.Görəsən sənə niyə həyat deyirler? Anlamın gözəldi.Amma yaşatdıqların olduqca mürəkkəbdir.Təzadlıq yaratmır.Bəzən ele edirsən ki,insan özü öz əcəlinin səbəbi olur .İnsanlarla bu qədər qəddar davranmağa səni nə vadar edir axı?Görürsən ?Yenə susursan …
Gözəlliklərini çalış sübut et.Çünki, sevgisini göstərə bilməyən heç bir varlıq xoşbəxtliyini tapa bilməz.Tapsada əldə saxlaya bilməz.Mənə görmədiyim gözəllikləri göstər .Həqiqətən sen varsan ! Sən həyatsan deyə düşünüm..
AMİDTV.AZ
Gülnar Əskərova
