Ağstafa-Bakı istiqamətindəki qatarda nasazlığa görə ödənişsiz avtobuslar təyin edilib

0
Ağstafa-Bakı istiqamətindəki qatarda nasazlığa görə ödənişsiz avtobuslar təyin edilib

19 iyun Ağstafadan Bakıya saat 17:30-da yola düşən 705 nömrəli sərnişin qatarı Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb.

AMİDTV.AZ bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb.

Eyni zamanda sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün 20 Yanvar dairəsi, Zığ və Bayıl istiqamətlərinə ödənişsiz avtobuslar, o cümlədən Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə əlavə qatar reysləri təyin edilib.

ADY yaranmış problemə görə sərnişinlərindən üzr istəyir, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün kompleks tədbirlər üzərində işləyir.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir