Sevilən müğənni Cavanşir Məmmədov həyata əbədi gözlərini yumdu


Tanınmış müğənni, Əməkdar artist Cavanşir Məmmədov səhər saatlarında vəfat edib.
AMİDTV.AZ xəbər verir ki, TƏBİB-dən məlumat verilib ki,“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanında həkiməqədər ölüm qeydə alınıb”, bu gün qəfil vəfat edən müğənninin ölüm səbəbinin ürəktutması olduğunu bildirdilər.
Əvvəlcə mərhumla evində və Göy məsciddə vida mərasimi keçirilib.
Mərasimdən sonra sənətkar “Qurd qapısı” qəbiristanlığına aparılaraq anası Gülü Məmmədovanın yanında torpağa tapşırılıb.
Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. Atası, respublikanın Əməkdar artisti İrşad Məmmədov dəf çalan olub. Cavanşir Məmmədov 1973-cü ildən qarmonda ifa etməklə sənətə gəlib. 1987-cü ildən isə qarmon çalmağa son qoyaraq, müğənni kimi fəaliyyət göstərməyə başlayıb.
2005-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib.
PS:AMİDTV.AZ Kollektivi adından mərhumun yaxınlarına və doğmalarına bütün sevənlərinə dərin hüzünlə başsağlığı veririk.Allah rəhmət eləsin, məkanı cənnət olsun!
AMİDTV.AZ












