Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

0

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramının icrası üzrə 8-ci Beynəlxalq Parlament Üzvləri Konfransında iştirak etmək üçün aprelin 9-da Norveçin paytaxtı Oslo şəhərinə səfər edəcək.

Tədbirdə siyasət və meqatrendlər, rəqəmsal texnologiyalar, demoqrafik inkişaf, demokratiya və insan haqlarının müdafiəsi, səhiyyə xidmətlərinin yaxşılaşdırılması, gənclərin liderliyi və iştirakçılığı ilə bağlı mövzularda müzakirələr aparılacaq. Konfransın sonunda  Oslo Bəyannaməsinin qəbulu nəzərdə tutulub.

Səfər aprelin 14-də başa çatacaq.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir