Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib

0

 Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu göndərib.

Azərbaycanın Baş naziri məktubunda Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananların olması xəbərindən dərin hüznlə kədərləndiyini bildirib.

Əli Əsədov həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzuladığını qeyd edib.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir