Türkiyə parlamentinin spikeri: Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq

0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

Parlamentin spikerinin sosial şəbəkələrdəki paylaşımında deyilir: “1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalıda qətlə yetirilmiş qardaş və bacılarımızın xatirəsini ehtiramla anıram. Qatillər uşaqlara, qadınlara və qocalara da aman verməyiblər. Azərbaycan xalqının ağrı-acısını səmimi-qəlbdən bölüşürəm”.

Numan Kurtulmuş vurğulayıb ki, dünya ictimaiyyətinin insanlığa qarşı cinayətlərə məhəl qoymamasına baxmayaraq, şəhidlərin xatirəsi əbədi yaşayacaq. TBMM-nin sədri əlavə edib: “Biz azərbaycanlı qardaşlarımızın xatirəsini daim yad edəcəyik”.

Türkiyə parlamentinin sədri öz paylaşımında Xocalı soyqırımını əks etdirən infoqrafika əlavə edib.

AMİDTV.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir