AĞIRLIQQALDIRMA ÜZRƏ AZƏRBAYCAN BİRİNCİLİYİ KEÇİRİLİB

Fevralın 23-də yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb. Turnirdə ilk olaraq qızlar körpücük üzərinə çıxıblar. Onlar 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və +81 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər. Bu çəkilərdə müvafiq olaraq Maya Bağırlı, Nuray Əbilova, Malika Bikeçuyeva, Ravilya Abbasova, Milena Hüseynli, Aytən Əliyeva, Zəhra Niftəliyeva, Arzu Qədimova, Mələk Hüseynli, Nuranə Məhərrəmova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qeyd edək ki, yarışda ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.
AMIDTV