Böyük əhəmiyyət kəsb edən tarixi hadisə – 2024-cü il fevralın 7-də keçirilir

Bu gün çox mühüm bir siyasi hadisələrdən birini yaşayırıq . Dünyanın templi ictimai-siyasi həyatı xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə – 2024-cü il fevralın 7-də keçirilir .Növbədənkənar prezident seçkiləri Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçirilir Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Və üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrın 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Və beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi. Bütün bunları nəzərə alaraq tam əminliklə bir daha deyə bilərik ki, 2024-cü il 7 fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, böyük quruculuq və abadılıqla bərpa olunuan, cənnət məkana çevrilən öz doğma torpaqlarında – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə saat 8:00 dan etibarən böyük izdihamla keçirilir Məntəqə sədrləri Himnimizin sədaları altında açıq elan edib.Seçkilərdə QHT-lərin müşahidəçiləri və beynəlxalq müşahidəçilər iştirak edirlər. Bütün məntəqələrdə seçki qutuları müşahidəçilərin gözü önündə bağlanılıb xalqımıza xeyirli uğurlu olmalarını arzuladılar. Xatırladaq ki, bütün məntəqələrdə seçkilər tam şəffaf şəkildə keçirilir. Seçkilər saat 19:00 da başa çatacaq.
AMİDTV.AZ
Aygün Məmmədova