34 ilin qanlı hadisəsi 20 Yanvar.


Şəhidlər bu torpağa ,xalqa səcdə qıldılar.
Haqsızlığın üstündən haqqa körpü saldılar.
Vətəni sevmək üstdə günahkar sayıldılar.
Haqsızlığın üstündən haqqa körpü salmaq bizim tariximizə qanlı hərflərlə həkk olunaraq,məhz 34 il bundan öncə baş vermiş 20 yanvar hadisəsi oldu.1990 ci il yanvarın 19 undan 20 sinə keçən gecə rus qoşunlarının 366 -cı moto atıcı alayının köməyi ilə Bakı şəhəri istiqamətinə doğru basqın edərək,günahsız insanları amansızlıqla qətlə yetirdilər..Vətəni sevmək,vətənin azadlığı naminə vuruşmaq bilmədim bizim günahımız ,yoxsa savabımız oldu.Əliyalın ,silahsız insanların üzərindən keçirilmiş tankların görüntüsü isə başqa bir mənzərədən xəbər verirdi…
-Axı biz Neyləmişdik?
Bu ittiham ,bu sual ..
Bağrına dağ çəkilmiş bir millətin ,Fərizənin İlhamın çırağı söndürülmüş,
Məktəbli Larisanın qara lentə tutulmuş partasında səslənir…
Həqiqətən biz neyləmişdik.Nədən bu müsübətlər başımıza gəldi.Süfrəmizin başında oturub,çörəyimizi yeyib-suyumuzu içənlər bizə düşmən mövqeyində olaraq,bir gecədə şəhəri qana bürünmüş qərənfillərdən ibarət bir şəhərciyə çevirdilər.Həqiqətən dəhşətli bir hadisədir.Yaşanmış acıları dəftərlərə töksək belə,heç nə ilə təsəllimiz olmaz.Tək bir təsəllimiz olar.Vətən!Vətən! Yenədə Vətən!
Bəli 1990 ci il yanvar ayının 19 undan 20 sinə keçən gecə yüzlərlə insan ,məktəblisindən yaşlısına kimi hər kəs vətənin suverenliyi, azadlığı naminə şəhid oldular.Bu gün artıq həmin qanlı gecədən 34 il ötür.34 ildirki ,Şəhidlər Xiyabanı bizlərin ziyarət iqamətgahına çevrilmişdir.
Bu gündə Şəhidlər Xiyabanı qırmızı qərənfillərə bürünərək,hər kəs tərəfindən ziyarət olunaraq ,yad ediləcəkdir..
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Ələsgərova Gülnar.